Check out the new design

Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Azeri wonande Firo Alkur'aana raɓɓinaango. * - Tippudi firooji ɗii


Firo maanaaji Simoore: Simoore Cuddiiɗo (al-musammil)   Aaya:

əl-Muzzəmmil

Ina jeyaa e payndaale simoore ndee:
بيان الأسباب المعينة على القيام بأعباء الدعوة.
Dəvətin çətinliklərini aradan qaldırmağa kömək edən səbəblərin bəyan edilməsi.

يَٰٓأَيُّهَا ٱلۡمُزَّمِّلُ
Ey libasına bürünüb örtünmüş (yəni, Muhamməd Peyğəmbər səllallahu aleyhi və səlləm).
Faccirooji aarabeeji:
قُمِ ٱلَّيۡلَ إِلَّا قَلِيلٗا
Gecəni - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl!
Faccirooji aarabeeji:
نِّصۡفَهُۥٓ أَوِ ٱنقُصۡ مِنۡهُ قَلِيلًا
İstəsən gecənin yarısını, yaxud ondan bir qədər az, təqribən üçdə biri qədər namaz qıl.
Faccirooji aarabeeji:
أَوۡ زِدۡ عَلَيۡهِ وَرَتِّلِ ٱلۡقُرۡءَانَ تَرۡتِيلًا
Yaxud da üçdə ikisinə çatanadək onu artır. Quranı da oxuduqda onu aydın tələffüz edərək aram- aramla oxu!
Faccirooji aarabeeji:
إِنَّا سَنُلۡقِي عَلَيۡكَ قَوۡلٗا ثَقِيلًا
Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Quran – ağır bir söz vəhy edəcəyik. Bu Quran, içində fərz buyurulanlar, hüdudlar, əhkamlar, ədəb qaydaları və s bu kimi hökmlərin olduğuna görə ağırdır.
Faccirooji aarabeeji:
إِنَّ نَاشِئَةَ ٱلَّيۡلِ هِيَ أَشَدُّ وَطۡـٔٗا وَأَقۡوَمُ قِيلًا
Əlbəttə, gecə vaxtı qalxmaq çox çətin olsa da, Quranı səmimi-qəlbdən oxumaq və onu doğru-düzgün başa düşmək üçün daha münasibdir.
Faccirooji aarabeeji:
إِنَّ لَكَ فِي ٱلنَّهَارِ سَبۡحٗا طَوِيلٗا
Şübhəsiz ki, gündüz vaxtı sənin məşğul olduğun uzun-uzadı işlərin vardır və bu işlər səni Quran oxumaqdan yayındıran. Odur ki, gecə vaxtı qalx namaz qıl.
Faccirooji aarabeeji:
وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ وَتَبَتَّلۡ إِلَيۡهِ تَبۡتِيلٗا
Müxtəlif zikrlərlə Allahı zikr et və ibadətini ixlasla yerinə yetirərək özünü tamamilə pak və müqəddəs Allaha həsr et!
Faccirooji aarabeeji:
رَّبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ لَآ إِلَٰهَ إِلَّا هُوَ فَٱتَّخِذۡهُ وَكِيلٗا
O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Elə isə Onu özünə himayəçi götür və, bütün işlərində yalnız Ona arxalan.
Faccirooji aarabeeji:
وَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱهۡجُرۡهُمۡ هَجۡرٗا جَمِيلٗا
Haqqı yalan sayanların istehzalarına və təhqirlərinə səbir et və onlardan xoşluqla, əziyyət vermədən uzaqlaş.
Faccirooji aarabeeji:
وَذَرۡنِي وَٱلۡمُكَذِّبِينَ أُوْلِي ٱلنَّعۡمَةِ وَمَهِّلۡهُمۡ قَلِيلًا
Sən, dünyanın naz-nemətlərinə dalmış, haqqı yalan sayanlara fikir vermə, Məni onlarla tək burax və onlara əcəlləri yetişənədək möhlət ver.
Faccirooji aarabeeji:
إِنَّ لَدَيۡنَآ أَنكَالٗا وَجَحِيمٗا
Həqiqətən, Biz axirətdə onlar üçün ağır qandallar və yandırıb-yaxan od hazırlamışıq.
Faccirooji aarabeeji:
وَطَعَامٗا ذَا غُصَّةٖ وَعَذَابًا أَلِيمٗا
Çox acı olduğuna görə boğazda tıxanıb keçməyən yemək və bunlardan əlavə şiddətli bir əzab da vardır.
Faccirooji aarabeeji:
يَوۡمَ تَرۡجُفُ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ وَكَانَتِ ٱلۡجِبَالُ كَثِيبٗا مَّهِيلًا
Yer və dağlar titrəyəcəyi, dağlar o günün dəhşətindən səpələnən qum təpəsinə dönəcəyi zaman o əzab haqqı yalan sayanları yaxalayacaqdır.
Faccirooji aarabeeji:
إِنَّآ أَرۡسَلۡنَآ إِلَيۡكُمۡ رَسُولٗا شَٰهِدًا عَلَيۡكُمۡ كَمَآ أَرۡسَلۡنَآ إِلَىٰ فِرۡعَوۡنَ رَسُولٗا
Həqiqətən, Biz Firona Musanı (aleyhissəlam) rəsul göndərdiyimiz kimi, sizə də, qüiyamət günü əməllərinizə şahidlik edəcək bir rəsul göndərdik.
Faccirooji aarabeeji:
فَعَصَىٰ فِرۡعَوۡنُ ٱلرَّسُولَ فَأَخَذۡنَٰهُ أَخۡذٗا وَبِيلٗا
Firon Rəbbi tərəfindən onun yanına göndərilmiş rəsula asi oldu. Buna görə də Biz onu bu dünyada dənizdə batırmaqla, axirətdə də Cəhənnəm əzabı ilə şiddətli cəzaya məruz qoyduq. Elə isə, sizə göndərilmiş rəsula asi olmayın, yoxsa Fironun başına gələnlər sizin də başınıza gələr.
Faccirooji aarabeeji:
فَكَيۡفَ تَتَّقُونَ إِن كَفَرۡتُمۡ يَوۡمٗا يَجۡعَلُ ٱلۡوِلۡدَٰنَ شِيبًا
Əgər siz Allaha küfr edirsiniz və Onu rəsulunu yalançı sayırsınızsa, öz dəhşəti və uzunmüddətli olması ilə balaca uşaqların saçlarını ağardacaq uzun gündən canınızı necə qurtaracaq və ondan necə qorunacaqsınız?
Faccirooji aarabeeji:
ٱلسَّمَآءُ مُنفَطِرُۢ بِهِۦۚ كَانَ وَعۡدُهُۥ مَفۡعُولًا
O günün dəhşətindən göy parçalanacaq. Allahın vədi qaçılmaz olaraq mütləq yerinə yetəcəkdir.
Faccirooji aarabeeji:
إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلًا
Həqiqətən, qiyamət günü baş verəcək hadisələrin dəhşətini və şiddətini bəyan edən bu nəsihət, möminlərə fayda verəcək bir xatırlatmadır. Kim istəsə, Rəbbinə tərəf aparan yolu tutub gedər.
Faccirooji aarabeeji:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• أهمية قيام الليل وتلاوة القرآن وذكر الله والصبر للداعية إلى الله.
Allaha dəvət edən kimsə üçün gecə namazı qılmağın, Quran oxumağın, Allahı zikr etməyin və səbirli olmağın əhəmiyyəti olması.

• فراغ القلب في الليل له أثر في الحفظ والفهم.
Gecə vaxtı qəlbin boş olması, hafizəni və başa düşmə qabiliyyətini gücləndirir.

• تحمّل التكاليف يقتضي تربية صارمة.
Öhdəliklərə riayət etmək ciddi məsuliyyət tələb edir.

• الترف والتوسع في التنعم يصدّ عن سبيل الله.
Bolluq, rahatlıq və xoş güzəran içində yaşamaq insanı Allahın yolundan azdırır.

 
Firo maanaaji Simoore: Simoore Cuddiiɗo (al-musammil)
Tippudi cimooje Tonngoode hello ngoo
 
Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Azeri wonande Firo Alkur'aana raɓɓinaango. - Tippudi firooji ɗii

iwde e galle Firo jaŋdeeji Alkur'aana.

Uddude