قرآن کریم کے معانی کا ترجمہ - آذربائیجانی ترجمہ - علی خان موساییف * - ترجمے کی لسٹ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

معانی کا ترجمہ سورت: سورۂ معارج   آیت:

əl-Məaric

سَأَلَ سَآئِلُۢ بِعَذَابٖ وَاقِعٖ
İstəyən kimsə baş verəcək əzabı istədi –
عربی تفاسیر:
لِّلۡكَٰفِرِينَ لَيۡسَ لَهُۥ دَافِعٞ
(bunu) kafirlər üçün istədi. Onu (o əzabı kafirlərdən) dəf edəcək bir kimsə yoxdur.
عربی تفاسیر:
مِّنَ ٱللَّهِ ذِي ٱلۡمَعَارِجِ
(O əzab), uca məqamlar sahibi olan Allahdandır.
عربی تفاسیر:
تَعۡرُجُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيۡهِ فِي يَوۡمٖ كَانَ مِقۡدَارُهُۥ خَمۡسِينَ أَلۡفَ سَنَةٖ
Mələklər və Ruh (Cəbrail) Allaha doğru müddəti əlli min ilə bərabər bir gündə yüksələrlər.
عربی تفاسیر:
فَٱصۡبِرۡ صَبۡرٗا جَمِيلًا
(Ey Peyğəmbər!) Sən gözəl bir səbirlə səbir et!
عربی تفاسیر:
إِنَّهُمۡ يَرَوۡنَهُۥ بَعِيدٗا
Onlar (kafirlər) o əzabı uzaq olduğunu görürlər.
عربی تفاسیر:
وَنَرَىٰهُ قَرِيبٗا
Biz isə onun yaxın olduğunu görürük.
عربی تفاسیر:
يَوۡمَ تَكُونُ ٱلسَّمَآءُ كَٱلۡمُهۡلِ
O gün göy əridilmiş mədən kimi olacaqdır.
عربی تفاسیر:
وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ
Dağlar da (didilmiş) yun kimi olacaqdır.
عربی تفاسیر:
وَلَا يَسۡـَٔلُ حَمِيمٌ حَمِيمٗا
Dost dostun halını soruşmayacaqdır.
عربی تفاسیر:
يُبَصَّرُونَهُمۡۚ يَوَدُّ ٱلۡمُجۡرِمُ لَوۡ يَفۡتَدِي مِنۡ عَذَابِ يَوۡمِئِذِۭ بِبَنِيهِ
Onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
عربی تفاسیر:
وَصَٰحِبَتِهِۦ وَأَخِيهِ
zövcəsini və qardaşını,
عربی تفاسیر:
وَفَصِيلَتِهِ ٱلَّتِي تُـٔۡوِيهِ
(Çətin gündə) ona sığınacaq verən qohum-əqrabasını
عربی تفاسیر:
وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا ثُمَّ يُنجِيهِ
və yer üzündə olanların hamısını (fidyə versin) özünü (Allahın əzabından) xilas etsin.
عربی تفاسیر:
كَلَّآۖ إِنَّهَا لَظَىٰ
Xeyr! O, alovlu Oddur –
عربی تفاسیر:
نَزَّاعَةٗ لِّلشَّوَىٰ
başın dərisini sıyırıb çıxaran (bir od).
عربی تفاسیر:
تَدۡعُواْ مَنۡ أَدۡبَرَ وَتَوَلَّىٰ
(O od) çağırır (haqqa) arxa çevirəni, (ondan) üz döndərəni
عربی تفاسیر:
وَجَمَعَ فَأَوۡعَىٰٓ
və (mal-dövlət) yığıb saxlayanı.
عربی تفاسیر:
۞ إِنَّ ٱلۡإِنسَٰنَ خُلِقَ هَلُوعًا
Həqiqətən, insan (mal-dövlətə) çox həris yaradılmışdır.
عربی تفاسیر:
إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعٗا
Ona (yoxsulluq və xəstəlik kimi) bir şər toxunduqda özündən çıxar.
عربی تفاسیر:
وَإِذَا مَسَّهُ ٱلۡخَيۡرُ مَنُوعًا
Ona bir xeyir nəsib olduqda isə (Allah yolunda xərcləməkdən) xəsislik edər.
عربی تفاسیر:
إِلَّا ٱلۡمُصَلِّينَ
Yalnız namaz qılanlardan başqa.
عربی تفاسیر:
ٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ دَآئِمُونَ
O kəslər ki, namazlarında daimidirlər.
عربی تفاسیر:
وَٱلَّذِينَ فِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ مَّعۡلُومٞ
O kəslər ki, onların mallarında bəlli bir haqq var –
عربی تفاسیر:
لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ
dilənən və (həya edib istəmədiyinə görə) məhrum qalan kimsə üçün.
عربی تفاسیر:
وَٱلَّذِينَ يُصَدِّقُونَ بِيَوۡمِ ٱلدِّينِ
O kəslər ki, Din gününü təsdiq edirlər.
عربی تفاسیر:
وَٱلَّذِينَ هُم مِّنۡ عَذَابِ رَبِّهِم مُّشۡفِقُونَ
O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
عربی تفاسیر:
إِنَّ عَذَابَ رَبِّهِمۡ غَيۡرُ مَأۡمُونٖ
Çünki Rəbbinin əzabından əmin olmaq olmaz.
عربی تفاسیر:
وَٱلَّذِينَ هُمۡ لِفُرُوجِهِمۡ حَٰفِظُونَ
O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyurlar –
عربی تفاسیر:
إِلَّا عَلَىٰٓ أَزۡوَٰجِهِمۡ أَوۡ مَا مَلَكَتۡ أَيۡمَٰنُهُمۡ فَإِنَّهُمۡ غَيۡرُ مَلُومِينَ
yalnız zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Onlar (buna görə) qınanmazlar.
عربی تفاسیر:
فَمَنِ ٱبۡتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡعَادُونَ
Bundan artığını istəyənlər isə həddi aşanlardır.
عربی تفاسیر:
وَٱلَّذِينَ هُمۡ لِأَمَٰنَٰتِهِمۡ وَعَهۡدِهِمۡ رَٰعُونَ
O kəslər ki, əmanətlərinə və əhdlərinə riayət edirlər.

.
عربی تفاسیر:
وَٱلَّذِينَ هُم بِشَهَٰدَٰتِهِمۡ قَآئِمُونَ
O kəslər ki, şahidliklərində doğrudurlar.
عربی تفاسیر:
وَٱلَّذِينَ هُمۡ عَلَىٰ صَلَاتِهِمۡ يُحَافِظُونَ
O kəslər ki, namazlarını qoruyarlar (namazlarını layiqincə əda edərlər).
عربی تفاسیر:
أُوْلَٰٓئِكَ فِي جَنَّٰتٖ مُّكۡرَمُونَ
Onlar Cənnətlərdə hörmət göstəriləcək kimsələrdir.
عربی تفاسیر:
فَمَالِ ٱلَّذِينَ كَفَرُواْ قِبَلَكَ مُهۡطِعِينَ
(Ey Peyğəmbər!) Sənə doğru tələsən kafirlərə nə olub belə –
عربی تفاسیر:
عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ عِزِينَ
sağdan-soldan dəstə-dəstə (ətrafına yığışırlar)?
عربی تفاسیر:
أَيَطۡمَعُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُدۡخَلَ جَنَّةَ نَعِيمٖ
Yoxsa onların hər biri Nəim cənnətinə daxil olacağına ümidmi edir?!
عربی تفاسیر:
كَلَّآۖ إِنَّا خَلَقۡنَٰهُم مِّمَّا يَعۡلَمُونَ
Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən (bir qətrə nütfədən) xəlq etdik.
عربی تفاسیر:
فَلَآ أُقۡسِمُ بِرَبِّ ٱلۡمَشَٰرِقِ وَٱلۡمَغَٰرِبِ إِنَّا لَقَٰدِرُونَ
And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, –
عربی تفاسیر:
عَلَىٰٓ أَن نُّبَدِّلَ خَيۡرٗا مِّنۡهُمۡ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ
onları daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz.
عربی تفاسیر:
فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ
(Ey Peyğəmbər!) Vədə olunduqları günə qovuşanadək onları tərk et, qoy (batil inanclarına) dalsınlar və əylənsinlər.
عربی تفاسیر:
يَوۡمَ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ سِرَاعٗا كَأَنَّهُمۡ إِلَىٰ نُصُبٖ يُوفِضُونَ
O gün onlar (dünyada ibadət etdikləri) bütlərə can atırmışlar kimi qəbirlərdən tələm-tələsik çıxacaqlar.
عربی تفاسیر:
خَٰشِعَةً أَبۡصَٰرُهُمۡ تَرۡهَقُهُمۡ ذِلَّةٞۚ ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلَّذِي كَانُواْ يُوعَدُونَ
(O gün onların) gözləri qorxu içində olacaq, özlərini də zillət bürüyəcəkdir. Bu onlara vəd edilmiş (Qiyamət) günüdür!
عربی تفاسیر:
 
معانی کا ترجمہ سورت: سورۂ معارج
سورتوں کی لسٹ صفحہ نمبر
 
قرآن کریم کے معانی کا ترجمہ - آذربائیجانی ترجمہ - علی خان موساییف - ترجمے کی لسٹ

قرآن کریم کے معانی کا آذربائیجانی زبان میں ترجمہ: علی خان موسایف نے کیا ہے۔ اس ترجمہ کی تصحیح مرکز رُواد الترجمہ کی جانب سے کی گئی ہے، ساتھ ہی اظہارِ رائے، تقییم اور مسلسل بہتری کے لیے اصل ترجمہ بھی باقی رکھا گیا ہے ۔

بند کریں