Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (61) Surə: Hud
۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمۡ صَٰلِحٗاۚ قَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَٱسۡتَعۡمَرَكُمۡ فِيهَا فَٱسۡتَغۡفِرُوهُ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِۚ إِنَّ رَبِّي قَرِيبٞ مُّجِيبٞ
Biz Səmud qövmünə qar­daşları Salehi göndərdik. Saleh onlara de­di: "Ey qövmüm! Tək Allaha iba­dət edin. Sizin Ondan başqa ibadətə layiq olan məbudunuz yox­dur. Atanız Adəmi torpaq­dan ya­radaraq sizi də o torpaqdan yaradan və sizi yer üzündə sakin edən Odur. Elə isə On­dan bağışlanma di­lə­yin, sonra da yaxşı əməllər edib, pis əməlləri tərk etməklə Ona tərəf dönün. Şübhəsiz ki, Rəbbim, Ona ixlasla ibadət edənlərə ya­­xındır, Ona dua edənlərin çağırışa cavab verəndir!"
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• من وسائل المشركين في التنفير من الرسل الاتهام بخفة العقل والجنون.
• Müşriklərin, insanları peyğəmbərlərdən çəkindirmək üslublarından biridə, onların ağılsız və dəli olduğlarını iddia etmələridir.

• ضعف المشركين في كيدهم وعدائهم، فهم خاضعون لله مقهورون تحت أمره وسلطانه.
• Müşriklərin hiyləsinin və düşmənçiliyinin zəyif olmasının bəyanı. Çünki onlar, Allahın əmrləri qarşısında boyun əyib, Onun hökmüranlığı qarşısında heç bir söz sahibi deyillər.

• أدلة الربوبية من الخلق والإنشاء مقتضية لتوحيد الألوهية وترك ما سوى الله.
• Rübubiyyət tövhidinin dəlillərindən olan yaratmaq və icad etməyə nəzər saldıqda, bunun, Üluhiyyət tövhidini, Allaha başqa ibadət edilənləri tərk edib, yalnız Allaha ibadət etməyi tələb etdiyini görərik.

 
Mənaların tərcüməsi Ayə: (61) Surə: Hud
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq