Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (41) Surə: İbrahim
رَبَّنَا ٱغۡفِرۡ لِي وَلِوَٰلِدَيَّ وَلِلۡمُؤۡمِنِينَ يَوۡمَ يَقُومُ ٱلۡحِسَابُ
Ey Rəbbimiz! Mənim və valideynlərin günahlarını bağışla (İbrahim bu sözləri, atasının Allahın düşməni olduğunu bilməzdən əvvəl demişdir. Atasının Allahın düşməni olduğunu bildikdə isə ondan uzaqlaşdı). İnsanlar qəbirlərindən dirilib, Allahın qarşısında haqq-hesab olunmaq üçün durduqları zaman möminlərin günahlarını da bağışla.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• بيان فضيلة مكة التي دعا لها نبي الله إبراهيم عليه الصلاة والسلام.
• Yuxarıda qeyd edilən ayələrdə Məkkənin fəziləti bəyan edilmişdir. Çünki Allahın peyğəmbəri, İbrahim - aleyhissəlam - o şəhərin əmin-aman bir diyar olması üçün Allaha dua etmişdir.

• أن الإنسان مهما ارتفع شأنه في مراتب الطاعة والعبودية ينبغي له أن يخاف على نفسه وذريته من جليل الشرك ودقيقه.
• İnsan, Uca Allaha itaət və ibadətdə nə qədər uca məqamlara yüksəlsə də, yenə də öz nəfsinin və zürriyyətinin böyük və kiçik şirkə düşməsindən qorxmalıdır.

• دعاء إبراهيم عليه الصلاة والسلام يدل على أن العبد مهما ارتفع شأنه يظل مفتقرًا إلى الله تعالى ومحتاجًا إليه.
• İbrahimin - aleyhissəlam - duası, insanın məqamı nə qədər yüksəlirsə yüksəlsin, yenə də insanın, uca Allah yanında daima Ona möhtac və ehtiyaclı olaraq qaldığına dəlalət edir.

• من أساليب التربية: الدعاء للأبناء بالصلاح وحسن المعتقد والتوفيق في إقامة شعائر الدين.
• Övladların saleh olmaları, onların sağlam əqidəyə sahib olmaları, həmçinin, dini əmr və yasaqları yerinə yetirməyə müvəffəq olmaları üçün Allaha dua etmək düzgün tərbiyə üslublarından biridir.

 
Mənaların tərcüməsi Ayə: (41) Surə: İbrahim
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq