Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (9) Surə: İbrahim
أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡ لَا يَعۡلَمُهُمۡ إِلَّا ٱللَّهُۚ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرَدُّوٓاْ أَيۡدِيَهُمۡ فِيٓ أَفۡوَٰهِهِمۡ وَقَالُوٓاْ إِنَّا كَفَرۡنَا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ وَإِنَّا لَفِي شَكّٖ مِّمَّا تَدۡعُونَنَآ إِلَيۡهِ مُرِيبٖ
Ey Kafirlər! Sizdən əvvəlkilərin – Nuh qövmü­nün, Ad, Hud, Səmud və Saleh tay­fa­la­rı­nın və həmçinin on­lar­dan sonra yaşayıb, peyəmbərləri yalan sayan qövmlərin həlak olma xəbəri sizə gəlib çatma­dı­mı? Onlar çoxdur, onların sayını Allah­dan başqa heç kəs bilməz. Halbuki elçiləri on­lara açıq-ay­dın dəlil­lər gətir­di­lər. Onlar isə elçilərə olan qəzəblərindən dolayı əllərini ağız­la­rı­nın üstünə qo­yub, barmaqlarını çeynəyərək elçilərə belə dedilər: "Şübhəsiz ki, biz si­zinlə göndərilənlərə inan­mı­rıq və bizləri çağırdığınız şey barəsində şübhə doğu­ran şəkk içindəyik!".
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• من وسائل الدعوة تذكير المدعوين بنعم الله تعالى عليهم، خاصة إن كان ذلك مرتبطًا بنعمة كبيرة، مثل نصر على عدوه أو نجاة منه.
• Uca Allahın insanlara bəxş etdiyi nemətləri, xüsusəndə düşmən üzərində qələbə çalmaq və yaxud onlardan xilas olmaq kimi böyük nemətləri xatırlatmaq dəvət üslublarından biridir.

• من فضل الله تعالى أنه وعد عباده مقابلة شكرهم بمزيد الإنعام، وفي المقابل فإن وعيده شديد لمن يكفر به.
• Uca Allahın qullarından Ona şükür edən kimsələrə nemətlərini daha da artıracağını vəd etməsi, Onun qullarına olan lütfündən biridir. Bununla bərabər, qullarından Ona küfür edənlərə vəd etdiyi əzabıda çox şiddətlidir.

• كفر العباد لا يضر اللهَ البتة، كما أن إيمانهم لا يضيف له شيئًا، فهو غني حميد بذاته.
• İnsanların uca Allaha iman etmələri Ona heç bir fayda vermədiyi kimi, onların küfür etməsi də uca Allaha əsla heç bir zərər verməz. Çünki O, zatı ilə zəngin və həmd-sənaya layiq olandır.

 
Mənaların tərcüməsi Ayə: (9) Surə: İbrahim
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq