Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Surə: Ta ha   Ayə:

Ta ha

Surənin məqsədlərindən:
السعادة باتباع هدى القرآن وحمل رسالته، والشقاء بمخالفته.
Səadət, Quran yolunu tutmaq və onun buyuruqlarını yerinə yetirməklə, bədbəxtçilik isə ona müxalif olmaqla mümkündür.

طه
﴾Ta. Hə﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar ayə barədə ətraflı danışılmışdır.
Ərəbcə təfsirlər:
مَآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ لِتَشۡقَىٰٓ
Ey Peyğəmbər! Biz Quranı, qövmünün sənə iman etməkdən üz çevirməsinə görə üzülüb, sıxıntı çəkəsən deyə nazil et­mədik.
Ərəbcə təfsirlər:
إِلَّا تَذۡكِرَةٗ لِّمَن يَخۡشَىٰ
Biz bu Quranı, Uca Allahın Özündən qorxmağa müvəffəq etdiyi kimsələrə nəsihət və xatırlama olsun deyə nazil etdik.
Ərəbcə təfsirlər:
تَنزِيلٗا مِّمَّنۡ خَلَقَ ٱلۡأَرۡضَ وَٱلسَّمَٰوَٰتِ ٱلۡعُلَى
Bu Kitabı, yeri və uca göyləri ya­ra­dan Allah nazil etmişdir. O, əzəmətli bir Qurandır. Çünki o, əzəmətli olan Allah tərəfindən endirilmişdir.
Ərəbcə təfsirlər:
ٱلرَّحۡمَٰنُ عَلَى ٱلۡعَرۡشِ ٱسۡتَوَىٰ
Mərhəmətli olan Allah cəlalına layiq bir şəkildə Ərşin üzərinə ucaldı.
Ərəbcə təfsirlər:
لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَمَا تَحۡتَ ٱلثَّرَىٰ
Göylərdə, yerdə və torpağın altındakı bütün canlıların yaradılışı, mülkü və onları idarə etmək yalnız Tək olan Allaha məx­susdur.
Ərəbcə təfsirlər:
وَإِن تَجۡهَرۡ بِٱلۡقَوۡلِ فَإِنَّهُۥ يَعۡلَمُ ٱلسِّرَّ وَأَخۡفَى
Ey Peyğəmbər! Sən sözünü ucadan söyləsən də və ya alçaqdan desən də, fərqi etməz, çün­ki Allah onların hamısını bilir. Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır və bundan heç bir şey Ona gizli qalmaz.
Ərəbcə təfsirlər:
ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ لَهُ ٱلۡأَسۡمَآءُ ٱلۡحُسۡنَىٰ
Allah! Ondan başqa iba­dətə layiq olan haqq məbud yoxdur. Gö­zəllikdə ən üstün məqama sahib olan adlar yalnız Ona aiddir!
Ərəbcə təfsirlər:
وَهَلۡ أَتَىٰكَ حَدِيثُ مُوسَىٰٓ
Ey Peyğəmbər! Artıq İmranın oğlu Musanın - aleyhissəlam - xəbəri sənə gəlib yetişdimi?
Ərəbcə təfsirlər:
إِذۡ رَءَا نَارٗا فَقَالَ لِأَهۡلِهِ ٱمۡكُثُوٓاْ إِنِّيٓ ءَانَسۡتُ نَارٗا لَّعَلِّيٓ ءَاتِيكُم مِّنۡهَا بِقَبَسٍ أَوۡ أَجِدُ عَلَى ٱلنَّارِ هُدٗى
Musa ailəsi ilə birlikdə səfərdə olarkən o, bir od görüb ailəsinə: "Olduğunuz bu yerdə dayanın! Mən bir od gör­düm. Bəlkə, on­dan sizə bir şölə gətirdim, ya da odun ya­nın­da bizə bir yol göstərən tapdım!" –demişdi.
Ərəbcə təfsirlər:
فَلَمَّآ أَتَىٰهَا نُودِيَ يَٰمُوسَىٰٓ
Musa oda yaxınlaşdıqda Uca Allah ona: "Ey Musa!" deyə səsləndi.
Ərəbcə təfsirlər:
إِنِّيٓ أَنَا۠ رَبُّكَ فَٱخۡلَعۡ نَعۡلَيۡكَ إِنَّكَ بِٱلۡوَادِ ٱلۡمُقَدَّسِ طُوٗى
Şübhəsiz ki, Mən sənin Rəb­binəm. Mənimlə danışmağa hazırlaşmaq üçün başmaqlarını çı­xart. Çün­ki sən müqəd­dəs və pak Tuva va­disindəsən!
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• ليس إنزال القرآن العظيم لإتعاب النفس في العبادة، وإذاقتها المشقة الفادحة، وإنما هو كتاب تذكرة ينتفع به الذين يخشون ربهم.
• Uca Allah əzəmətli Quranı, ibadətdə insanı çətinliklərə və məşəqqətlərə salmaq üçün nazil etməmişdir. O, Rəbbindən qorxan kimsələrin faydalanıb və ondan öyüd-nəsihət aldıqları bir Kitabdır.

• قَرَن الله بين الخلق والأمر، فكما أن الخلق لا يخرج عن الحكمة؛ فكذلك لا يأمر ولا ينهى إلا بما هو عدل وحكمة.
• Uca Allah yaratmağı və əmr etməyi birlikdə zikir etmişdir. Çünki yaratmaq Uca Allahın hikmətinə müvafiq olduğu kimi, eyni şəkildə, əmr və qadağan etməsi də Onun ədalət və hikmətinə müvafiqdir.

• على الزوج واجب الإنفاق على الأهل (المرأة) من غذاء وكساء ومسكن ووسائل تدفئة وقت البرد.
• Ərin öz ailəsini yeyəcək, geyəcək, qalacaq yerlə və qışın soyuğundan qorunmaq üçün bütün vasitələrlə təmin etməsi vacibdir.

 
Mənaların tərcüməsi Surə: Ta ha
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. - Tərcumənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq