Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (32) Surə: əl-Ənbiya
وَجَعَلۡنَا ٱلسَّمَآءَ سَقۡفٗا مَّحۡفُوظٗاۖ وَهُمۡ عَنۡ ءَايَٰتِهَا مُعۡرِضُونَ
Göy üzünü qopub yerə düşməməsi üçün heç bir dirəksiz mühafizə olunan bir tavan etdik və şeytanların ora gizli bir şəkildə yaxınlaşıb hər hansı bir xəbər oğurlamasına mane olduq. Amma müşriklər göydə olan günəş və ay kimi əzəmətli ayələrimizi düşünüb ibrət almaqdan üz çevi­rir­lər.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• تنزيه الله عن الولد.
• Uca Allah Özünə övlad götürməkdən pak və uzaqdır.

• منزلة الملائكة عند الله أنهم عباد خلقهم لطاعته، لا يوصفون بالذكورة ولا الأنوثة، بل عباد مكرمون.
• Mələklər, Allah yanında yüksək məqama sahib olan, Allahın əmirlərinə itaət edib, yerinə yetirmək üçün yaradılan, kişi və ya qadın cinsi ilə vəsf olunmayan hörmətli qullardır.

• خُلِقت السماوات والأرض وفق سُنَّة التدرج، فقد خُلِقتا مُلْتزِقتين، ثم فُصِل بينهما.
• Göylər və yer tədricən yaradılmışdır. Bunlar birinci olaraq bir-birinə bitişik bir şəkildə yaradılmış, sonra isə ikisinin arası bir-birindən ayrılmışdır.

• الابتلاء كما يكون بالشر يكون بالخير.
• Sınaq və imtahanlar şər ilə olduğu kimi, xeyirlə də ola bilər.

 
Mənaların tərcüməsi Ayə: (32) Surə: əl-Ənbiya
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. - Tərcumənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq