Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Surə: Sad   Ayə:
قَالَ فَٱلۡحَقُّ وَٱلۡحَقَّ أَقُولُ
Uca Allah buyurdu: “Mənim dediyim haqdır! Mən yal­nız haqqı deyirəm. Mən haqdan başqa bir söz demirəm.
Ərəbcə təfsirlər:
لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنۡهُمۡ أَجۡمَعِينَ
Qiyamət günü Mən Cəhənnəmi səninlə və sənin küfründə sənə tabe olan Adəm övladlarının hamısı ilə doldura­ca­ğam!”
Ərəbcə təfsirlər:
قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُتَكَلِّفِينَ
Ey Peyğəmbər, o müşriklərə de: “Mən sizə təbliğ etdiyim nəsihətlərin əvəzinə siz­dən heç bir mükafat istəmirəm və mənim, özümə əmr edilənlərdən artıq bir şey təbliğ etməyə ixtiyarım çatmır.
Ərəbcə təfsirlər:
إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
Bu, Quran (ibadət etmək üçün) mükəlləf edilmiş insanlar və cinlər üçün ancaq bir xatırlatmadır.
Ərəbcə təfsirlər:
وَلَتَعۡلَمُنَّ نَبَأَهُۥ بَعۡدَ حِينِۭ
Siz bir müddətdən sonra - öləcəyiniz zaman, bu Quranın verdiyi xəbərin və bu xəbərin doğru olduğunu mütləq biləcəksiniz!”
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• الداعي إلى الله يحتسب الأجر من عنده، لا يريد من الناس أجرًا على ما يدعوهم إليه من الحق.
Allaha tərəf çağıran dəvətçi Allah yanında savab qazanacağına ümid edər və insanları haqqa dəvət etdiyinə görə onlardan ücrət istəməz.

• التكلّف ليس من الدِّين.
Dində ifrata varmaq yoxdur.

• التوسل إلى الله يكون بأسمائه وصفاته وبالإيمان وبالعمل الصالح لا غير.
Allaha təvəssül etmək başqa şeylə deyil, məhz Onun adları və sifətləri ilə, habelə, iman gətirmək və yaxşı işlər görməklə olur.

 
Mənaların tərcüməsi Surə: Sad
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. - Tərcumənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq