Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (75) Surə: əz-Zumər
وَتَرَى ٱلۡمَلَٰٓئِكَةَ حَآفِّينَ مِنۡ حَوۡلِ ٱلۡعَرۡشِ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡۚ وَقُضِيَ بَيۡنَهُم بِٱلۡحَقِّۚ وَقِيلَ ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
Hamının bir yerə toplanacağı həmin gün mələklər ərşi əha­tə edərək, Allahı tərif edəcək və kafirlərin Onun barəsində dedikləri sözlərdən Onun uzaq olduğunu de­yəcəklər. Allah yaradılanların hamısının arasında ədalətlə hökm verəcək, kimisinə ehtiram göstərəcək, kimisini də əzaba düçar edəcək. Onda belə deyiləcək: “Mömin qullarının rəhm edilməsi, kafir qullarının da əzaba düçar edilməsi barədə hökm verdiyinə görə məxluqatın Rəbbi olan Allaha həmd olsun!”
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• الجمع بين الترغيب في رحمة الله، والترهيب من شدة عقابه: مسلك حسن.
Allahın rəhmətinə qovuşmağa rəğbətləndirməklə Onun şiddətli cəzasından çəkindirməyi cəm etmək (ikisini də bir vaxtda xatırlamaq) gözəl dəvət üslubudur.

• الثناء على الله بتوحيده والتسبيح بحمده أدب من آداب الدعاء.
Allahın vəhdaniyyətini iqrar deyərək Onu şəninə həmd-səna ilə tərif etmək duanın ədəblərindəndir.

• كرامة المؤمن عند الله؛ حيث سخر له الملائكة يستغفرون له.
Mələklərin möminlər üçün Allahdan bağışlanma diləməsi, möminlərin Allah qatında dəyərli kimsələr olduğuna dəlalət edir.

 
Mənaların tərcüməsi Ayə: (75) Surə: əz-Zumər
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq