Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (25) Surə: Fussilət
۞ وَقَيَّضۡنَا لَهُمۡ قُرَنَآءَ فَزَيَّنُواْ لَهُم مَّا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَحَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ
Biz o kafirlərə şeytanlardan, daim onların yanında olacaq dostlar hazırladıq və bu dostlar onlara həm dünyadakı pis əməllərini gö­zəl göstərdilər, həm də, axirəti yada salmağı və o gün üçün əməl etməyi onlara unutdurdular. On­lar­dan əvvəl gəlib-getmiş cin­lər­dən və insan­lar­dan olan üm­mət­lərə əzab vacib olduğu kimi, onlara da vacib oldu. Hə­qi­qə­tən də, onlar özlərini və ailələrini Cəhənnəm oduna düçar etməklə ziyana uğra­dılar.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• سوء الظن بالله صفة من صفات الكفار.
Allah barədə pis zənn etmək, kafirlərin sifətlərindəndir.

• الكفر والمعاصي سبب تسليط الشياطين على الإنسان.
Küfr və asiliklər etmək, şeytanların insan üzərində hökmranlıq etməsinə səbəbdir.

• تمنّي الأتباع أن ينال متبوعوهم أشدّ العذاب يوم القيامة.
Tabeçilikdə olanların qiyamət günü öz başçılarının ən şiddətli əzaba düçar olmalarını təmənna etməsi.

 
Mənaların tərcüməsi Ayə: (25) Surə: Fussilət
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq