Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (27) Surə: əş-Şura
۞ وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ
Əgər Allah bütün qullarına bol-bol ruzi versəydi, onlar yer üzün­də zülm etməklə həddi aşardılar. Lakin pak və müqəddəs Allah ruzini istədiyi qə­də­r - bəzən çox, bəzən də az nazil edir. Həqiqətən, O, Öz qulla­rının işlərindən xəbərdardır və onların etdiklərini görür. Elə buna görə də, O Öz hikməti ilə istədiyinə ruzi verir və Öz hikməti ilə istədiyinin ruzisini kəsir.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• الداعي إلى الله لا يبتغي الأجر عند الناس.
Allahın dininə dəvət edən dəvətçi (etdiyi yaxşılığın əvəzinə) insanlardan mükafat istəməz.

• التوسيع في الرزق والتضييق فيه خاضع لحكمة إلهية قد تخفى على كثير من الناس.
Ruzinin çox və ya az verilməsi ilahi hikmətə tabedir, insanların çoxu bunu bilməz.

• الذنوب والمعاصي من أسباب المصائب.
Günahlar və asiliklər müsibətlərin gəlməsi üçün səbəbdir.

 
Mənaların tərcüməsi Ayə: (27) Surə: əş-Şura
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq