Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (28) Surə: əl-Əhqaf
فَلَوۡلَا نَصَرَهُمُ ٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ قُرۡبَانًا ءَالِهَةَۢۖ بَلۡ ضَلُّواْ عَنۡهُمۡۚ وَذَٰلِكَ إِفۡكُهُمۡ وَمَا كَانُواْ يَفۡتَرُونَ
Bəs nə üçün Allahdan başqa ilahiləşdirdik­lə­ri - yaxınlaşmaq məqsə­dilə qarşılarında ibadət edib, qurban kəsdikləri bütlər onlara kömək etmədi?! Qətiyyən onlara kömək etmədilər, ək­si­nə, özləri köməyə möhtac olduqlarından dolayı onlardan uzaqlaşdılar. Bu onların, guya, bu bütlərin onlara fayda verəcəklərinə və Allah yanında onlar üçün şəfaətçilik edəcəklərinə dair nəfslərinin onlara vəd etdiyi yalan və iftiralarından başqa bir şey deyildir.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• لا علم للرسل بالغيب إلا ما أطلعهم ربهم عليه منه.
Peyğəmbərlər Rəbbinin onlara bildirdiklərindən başqa qeybdən heç bir şey bilmirlər.

• اغترار قوم هود حين ظنوا العذاب النازل بهم مطرًا، فلم يتوبوا قبل مباغتته لهم.
Hud qövmü əzabı gördükləri zaman onun ya­ğış yağdıracaq bir bulud olduğunu zənn etməklə aldanmışdılar, beləliklə də, bu əzab onları qəfil yaxalamış və tövbə etmək onlara nəsib olmamışdı.

• قوة قوم عاد فوق قوة قريش، ومع ذلك أهلكهم الله.
Ad qövmü güc-qüvvət baxımından Qureyş qövmündən daha güclü və güvvətli idi. Lakin buna baxmayaraq Allah onları məhv etdi.

• العاقل من يتعظ بغيره، والجاهل من يتعظ بنفسه.
Ağıllı insan, başqasının başına gələnlərdən, cahil insan isə öz başına gələnlərdən ibrət çıxaran insandır.

 
Mənaların tərcüməsi Ayə: (28) Surə: əl-Əhqaf
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq