Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (61) Surə: əl-Vaqiə
عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ
Sizi bildiyiniz xilqətinizi və görünüşünüzü başqası ilə əvəz etməyə və sizi özünüz bilmə­di­yi­niz başqa bir xilqətdə və şəkildə yaratmağa Bizə mane olan tapıl­maz.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• دلالة الخلق الأول على سهولة البعث ظاهرة.
Məxluqatın yoxdan yaradılması, onların dirildiləcəyinin asan olmasına açıq-aşkar dəlalət edir.

• إنزال الماء وإنبات الأرض والنار التي ينتفع بها الناس نعم تقتضي من الناس شكرها لله، فالله قادر على سلبها متى شاء.
Yağışın yağması, yerdən bitkilərin çıxması, insanların oddan istifadə etməsi, bütün bunlar insanlardan Allaha şükür etməyi tələb edən nemətlərdir. Çünki Allah istədyi vaxt onları bu nemətlərdən məhrum etməyə qadirdir.

• الاعتقاد بأن للكواكب أثرًا في نزول المطر كُفْرٌ، وهو من عادات الجاهلية.
Ulduzların yağış yağmasına təsir göstərdiyini etiqad etmək küfrdür və bu, cahiliyyət dövrünün adətlərindən biridir.

 
Mənaların tərcüməsi Ayə: (61) Surə: əl-Vaqiə
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq