Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (123) Surə: əl-Ənam
وَكَذَٰلِكَ جَعَلۡنَا فِي كُلِّ قَرۡيَةٍ أَكَٰبِرَ مُجۡرِمِيهَا لِيَمۡكُرُواْ فِيهَاۖ وَمَا يَمۡكُرُونَ إِلَّا بِأَنفُسِهِمۡ وَمَا يَشۡعُرُونَ
Məkkədə müşriklərin başçıları insanları Allah yolundan döndərdikləri kimi, biz, hər bir diyarda şeytanın yoluna dəvətdə, elçilərə və onlara tabe olanlarla müharibə aparmaqda hiyləgər və məkrli əməllərini əsirgəməyən başçlar təyin etdik. Həqiqətdə isə onların etdikləri hiylə və məkrli əməllər ancaq elə özlərinə qayıtdı. Lakin onlar cahillikləri üzündən və həmçinin nəfslərinə tabe olduqlarına görə bunu hiss etmirlər.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• الأصل في الأشياء والأطعمة الإباحة، وأنه إذا لم يرد الشرع بتحريم شيء منها فإنه باق على الإباحة.
• Əşyaların və yeməklərin əsli mübahdır. Əgər şəriətdə bunlardan hər hansı birinin haram olması barədə dəlil varid olmayıbsa, beləliklə də o, mübah olaraq qalmaqdadır.

• كل من تكلم في الدين بما لا يعلمه، أو دعا الناس إلى شيء لا يعلم أنه حق أو باطل، فهو معتدٍ ظالم لنفسه وللناس، وكذلك كل من أفتى وليس هو بكفء للإفتاء.
• Din barədə elmsiz danışan hər bir kəs yaxud insanları, nəyin haqq və ya batil olduğunun bilmədiyi şeyə çağıran və həmçinin fətva vermək səlahiyyətinə malik olmadığı halda insanlara fətva verən kimsə, həm öz nəfsinə qarşı, həm də ki, insanlara qarşı həddi aşan zülüm edən kimsədir.

• منفعة المؤمن ليست مقتصرة على نفسه، بل مُتَعدِّية لغيره من الناس.
• Möminin xeyirli bir iş görməsi yalnız tək özü üçün faydalı deyil, əksinə, başqa insanlar üçün də faydalıdır.

 
Mənaların tərcüməsi Ayə: (123) Surə: əl-Ənam
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Qurani Kərimin müxtəsər tərfsiri - kitabının Azərbaycan dilinə tərcüməsi. - Tərcumənin mündəricatı

Tərcümə "Quran araşdırmaları Təfsir Mərkəzi" tərəfindən yayımlanmışdır.

Bağlamaq