Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Tərcumənin mündəricatı


Mənaların tərcüməsi Ayə: (9) Surə: ət-Təğabun
يَوۡمَ يَجۡمَعُكُمۡ لِيَوۡمِ ٱلۡجَمۡعِۖ ذَٰلِكَ يَوۡمُ ٱلتَّغَابُنِۗ وَمَن يُؤۡمِنۢ بِٱللَّهِ وَيَعۡمَلۡ صَٰلِحٗا يُكَفِّرۡ عَنۡهُ سَيِّـَٔاتِهِۦ وَيُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدٗاۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
Ey Peyğəmbər! Qiyamət günü Allahın sizə əməllərinizin əvəzini vermək üçün sizi bir yerə toplayacağını xatırla. O gün kafirlərin ziyana uğradıqları və nöqsanları üzə çıxacaqdır. Belə ki, möminlər cəhənnəm əhlinin Cənnətdəki yerlərinə varis olacaq, kafirlər də, Cənnət əhlinin Cəhənnəmdəki yerlərinə varis olacaqlar. Hər kim Allaha iman gətirib yaxşı işlər görərsə, Allah onun günahlarını bağışlayar və onu qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edər. Onlar orada əbədi qalacaq, heç vaxt oradan çıxmayacaqlar və onlara veriləcək nemətlər əsla tükənməyəcəkdir. Onların qazandığı bu uğur, misli-bərabəri olmayan böyük uğurdur.
Ərəbcə təfsirlər:
Bu səhifədə olan ayələrdən faydalar:
• من قضاء الله انقسام الناس إلى أشقياء وسعداء.
İnsanların iki qismə bölünməsi - onların bədbəxt və xoşbəxt olması Allahın əvvəlcədən yazdığı qəza və qədəridir.

• من الوسائل المعينة على العمل الصالح تذكر خسارة الناس يوم القيامة.
Qiyamət günü insanların ziyana uğrayacağını xatırlamaq, insanı yaxşı işlər görməyə sövq edən vasitələrdəndir.

 
Mənaların tərcüməsi Ayə: (9) Surə: ət-Təğabun
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Tərcumənin mündəricatı

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Bağlamaq