Check out the new design

Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev. * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: Hud   Ayə:
قَالَتۡ يَٰوَيۡلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٞ وَهَٰذَا بَعۡلِي شَيۡخًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عَجِيبٞ
(Sara) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda necə doğa bilərəm?! Doğrusu, bu, təəccüblü bir şeydir”.
Ərəbcə təfsirlər:
قَالُوٓاْ أَتَعۡجَبِينَ مِنۡ أَمۡرِ ٱللَّهِۖ رَحۡمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيۡكُمۡ أَهۡلَ ٱلۡبَيۡتِۚ إِنَّهُۥ حَمِيدٞ مَّجِيدٞ
(Mələklər) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın rəhməti və bərəkəti sizin üzərinizdədir! Həqiqətən, O, Tərifəlayiqdir, Şan-şöhrətlidir”.
Ərəbcə təfsirlər:
فَلَمَّا ذَهَبَ عَنۡ إِبۡرَٰهِيمَ ٱلرَّوۡعُ وَجَآءَتۡهُ ٱلۡبُشۡرَىٰ يُجَٰدِلُنَا فِي قَوۡمِ لُوطٍ
İbrahimdən qorxu çəkildikdə və ona müjdə gəldikdə, Lut qövmü barəsində Bizimlə (mələklərimizlə) mücadələ etməyə başladı.
Ərəbcə təfsirlər:
إِنَّ إِبۡرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٞ مُّنِيبٞ
Həqiqətən, İbrahim həlim xasiyyətli, (Allaha) çox yalvaran və canını tamamilə Ona təslim etmiş bir zat idi.
Ərəbcə təfsirlər:
يَٰٓإِبۡرَٰهِيمُ أَعۡرِضۡ عَنۡ هَٰذَآۖ إِنَّهُۥ قَدۡ جَآءَ أَمۡرُ رَبِّكَۖ وَإِنَّهُمۡ ءَاتِيهِمۡ عَذَابٌ غَيۡرُ مَرۡدُودٖ
(Mələklər dedilər:) “Ey İbrahim! Bundan (bu mücadələdən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”.
Ərəbcə təfsirlər:
وَلَمَّا جَآءَتۡ رُسُلُنَا لُوطٗا سِيٓءَ بِهِمۡ وَضَاقَ بِهِمۡ ذَرۡعٗا وَقَالَ هَٰذَا يَوۡمٌ عَصِيبٞ
Elçilərimiz Lutun yanına gəldikdə, Lut onlara (qonaqlara) görə kədərləndi, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür”– dedi.
Ərəbcə təfsirlər:
وَجَآءَهُۥ قَوۡمُهُۥ يُهۡرَعُونَ إِلَيۡهِ وَمِن قَبۡلُ كَانُواْ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِۚ قَالَ يَٰقَوۡمِ هَٰٓؤُلَآءِ بَنَاتِي هُنَّ أَطۡهَرُ لَكُمۡۖ فَٱتَّقُواْ ٱللَّهَ وَلَا تُخۡزُونِ فِي ضَيۡفِيٓۖ أَلَيۡسَ مِنكُمۡ رَجُلٞ رَّشِيدٞ
Qövmü tələsik onun yanına gəldi. Onlar əvvəllər də pis işlər görürdülər. (Lut) dedi: “Ey qövmüm! Bunlar (ümmətimin qadınları) mənim qızlarımdır (onlarla evlənə bilərsiniz). Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın yanında məni rüsvay etməyin! Məgər aranızda sizə nəsihət edə biləcək ağıllı bir kimsə yoxdurmu?”
Ərəbcə təfsirlər:
قَالُواْ لَقَدۡ عَلِمۡتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنۡ حَقّٖ وَإِنَّكَ لَتَعۡلَمُ مَا نُرِيدُ
Onlar dedilər: “Sənin qızlarına heç bir ehtiyacımız olmadığını bilirsən. Sən bizim nə istədiyimizi də, çox yaxşı bilirsən”.
Ərəbcə təfsirlər:
قَالَ لَوۡ أَنَّ لِي بِكُمۡ قُوَّةً أَوۡ ءَاوِيٓ إِلَىٰ رُكۡنٖ شَدِيدٖ
(Lut) dedi: “Kaş ki, sizə çatan bir qüvvəm olaydı, yaxud möhkəm bir dayağa söykənəydim!”
Ərəbcə təfsirlər:
قَالُواْ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓاْ إِلَيۡكَۖ فَأَسۡرِ بِأَهۡلِكَ بِقِطۡعٖ مِّنَ ٱلَّيۡلِ وَلَا يَلۡتَفِتۡ مِنكُمۡ أَحَدٌ إِلَّا ٱمۡرَأَتَكَۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمۡۚ إِنَّ مَوۡعِدَهُمُ ٱلصُّبۡحُۚ أَلَيۡسَ ٱلصُّبۡحُ بِقَرِيبٖ
(Mələklər) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Qoy içinizdən heç kəs dönüb geri baxmasın. Yalnız arvadın müstəsnadır. Onları yaxalayacaq əzab, onu da yaxalayacaqdır. Onların (həlak olmaq) vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!”
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: Hud
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev. - Tərcumənin mündəricatı

Tərcümə edən: Əlixan Musayev. Tərcümənin inkişafı "Ruvvad" tərcümə mərkəzinin rəhbərliyi altında edilmişdir. Orijinal tərcüməyə: rəy bildirmək, qiymətləndirmək və davamlı inkişaf məqsədi ilə baxmaq mümkündür.

Bağlamaq