Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: əz-Zariyat   Ayə:

əz-Zariyat

وَٱلذَّٰرِيَٰتِ ذَرۡوٗا
And olsun toz-torpağı (ətrafa) səpələyən küləklərə!
Ərəbcə təfsirlər:
فَٱلۡحَٰمِلَٰتِ وِقۡرٗا
And olsun yağmur yükü daşıyan buludlara!
Ərəbcə təfsirlər:
فَٱلۡجَٰرِيَٰتِ يُسۡرٗا
And olsun asanlıqla üzüb gedən gəmilərə!
Ərəbcə təfsirlər:
فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا
And olsun (Allahın əmr etdiyi) işləri (məxluqat arasında) bölüşdürən mələklərə!
Ərəbcə təfsirlər:
إِنَّمَا تُوعَدُونَ لَصَادِقٞ
Sizə vəd olunan həqiqətdir.
Ərəbcə təfsirlər:
وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٞ
Haqq-hesab da, mütləq olacaqdır.
Ərəbcə təfsirlər:
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ
And olsun gözəl görünüşü olan səmaya!
Ərəbcə təfsirlər:
إِنَّكُمۡ لَفِي قَوۡلٖ مُّخۡتَلِفٖ
(Ey Məkkə əhli!) Sizin sözləriniz ziddiyyətlidir (bəzən Qurana sehr, bəzən də şeir deyirsiniz. Bəzən Muhammədə sehribaz, bəzən də şair deyirsiniz).

.
Ərəbcə təfsirlər:
يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ
Ondan (Qurandan və ya Peyğəmbərdən) döndərilən kimsə döndərilər.
Ərəbcə təfsirlər:
قُتِلَ ٱلۡخَرَّٰصُونَ
Məhv olsun yalançılar!
Ərəbcə təfsirlər:
ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ
O kəslər ki, cəhalət içində olan qafillərdir.
Ərəbcə təfsirlər:
يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ
Onlar (səndən istehza ilə) Din gününün nə vaxt olacağını soruşurlar.
Ərəbcə təfsirlər:
يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ
O gün onlara odda əzab veriləcəkdir.
Ərəbcə təfsirlər:
ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ
(Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tez gəlməsini istədiyiniz şey (əzab) budur!”
Ərəbcə təfsirlər:
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّٰتٖ وَعُيُونٍ
Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar,
Ərəbcə təfsirlər:
ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ
Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər edən kimsələr olmuşdular.
Ərəbcə təfsirlər:
كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ
Onlar gecələr (ibadət edib) az yatırdılar.
Ərəbcə təfsirlər:
وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ
Sübh çağları isə (Allahdan) bağışlanma diləyirdilər.
Ərəbcə təfsirlər:
وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ
Mallarında dilənçinin və yoxsulun payı vardır.
Ərəbcə təfsirlər:
وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ
Yer üzündə yəqinliklə inananlar üçün (Allahın qüdrətinə dəlalət edən) dəlillər vardır.
Ərəbcə təfsirlər:
وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ
(Ey İnsanlar!) Sizin özünüzdə də (Allahın qüdrətinə dəlalət edən) dəlillər var. Məgər görmürsünüz?!
Ərəbcə təfsirlər:
وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ
Göydə ruziniz (yağış) və sizə vəd olunan (mükafat, cəza və ya xeyir, şər) vardır.
Ərəbcə təfsirlər:
فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ
Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışığınız kimi həqiqətdir.
Ərəbcə təfsirlər:
هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ
(Ey Peyğəmbər!) İbrahimin hörmətli qonaqlarının (mələklərin) xəbəri sənə gəlib çatdımı?
Ərəbcə təfsirlər:
إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ
Onlar İbrahimin yanına daxil olub: “(Sənə) salam olsun!”– dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad kimsələrsiz!”– dedi.
Ərəbcə təfsirlər:
فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ
O, qorxu içində ailəsinin yanına getdi və (qızardılmış) kök bir buzovla gəldi.
Ərəbcə təfsirlər:
فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ
(Qızardılmış) buzovu onlara yaxınlaşdırıb dedi: “Yemirsinizmi?”
Ərəbcə təfsirlər:
فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ
O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və onu elmli bir oğlan uşağı (İshaqın dünyaya gəlməsi) ilə müjdələdilər.
Ərəbcə təfsirlər:
فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ
Zövcəsi qışqırıb üzünə vuraraq: “Mən sonsuz, qoca bir qarıyam!”– dedi.
Ərəbcə təfsirlər:
قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ
Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, (hər şeyi) Biləndir!”
Ərəbcə təfsirlər:
۞ قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ
(İbrahim onlara) dedi: “Sizin işiniz nədir, ey elçilər?”
Ərəbcə təfsirlər:
قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ
Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik.
Ərəbcə təfsirlər:
لِنُرۡسِلَ عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن طِينٖ
Onların üstünə gildən daşlar yağdırmaq üçün.
Ərəbcə təfsirlər:
مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ
Həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar)!”
Ərəbcə təfsirlər:
فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ
Biz orada olan möminləri (o kənddən) çıxartdıq.
Ərəbcə təfsirlər:
فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتٖ مِّنَ ٱلۡمُسۡلِمِينَ
Biz orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman tapmadıq.
Ərəbcə təfsirlər:
وَتَرَكۡنَا فِيهَآ ءَايَةٗ لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ
Biz ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir ibrət (əzabın əlamətlərini) qoyduq.
Ərəbcə təfsirlər:
وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنٖ مُّبِينٖ
Musada da (onun hekayətində də ibrət) vardır. O zaman Biz onu Fironun yanına açıq-aydın bir dəlillə göndərmişdik.
Ərəbcə təfsirlər:
فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونٞ
O (Firon) öz camaatı ilə birlikdə üz çevirib: “Bu bir sehrbazdır, ya da bir dəlidir!”– dedi.
Ərəbcə təfsirlər:
فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمٞ
Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.
Ərəbcə təfsirlər:
وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ
Ad qövmündə də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək (əzab və həlak küləyi) göndərmişdik.
Ərəbcə təfsirlər:
مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ
O, üstündən keçdiyi hər bir şeyi çürümüş çör-çöpə döndərirdi.
Ərəbcə təfsirlər:
وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينٖ
Səmud qövmündə də (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.
Ərəbcə təfsirlər:
فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ
Onlar Rəbbinin əmrinə qarşı təkəbbürlük göstərdilər və onları gözləri baxa-baxa ildırım vurdu.
Ərəbcə təfsirlər:
فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامٖ وَمَا كَانُواْ مُنتَصِرِينَ
Onlar (yıxıldıqları yerdən) nə ayağa qalxa bildilər, nə də onlara kömək edən oldu.
Ərəbcə təfsirlər:
وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
Daha əvvəl Nuh qövmünü də (suda boğaraq məhv etdik). Çünki onlar fasiq bir qövm idilər.
Ərəbcə təfsirlər:
وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٖ وَإِنَّا لَمُوسِعُونَ
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.
Ərəbcə təfsirlər:
وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ
Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik (Biz)!
Ərəbcə təfsirlər:
وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ
Düşünüb ibrət alasınız deyə hər şeydən (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq.
Ərəbcə təfsirlər:
فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ
(Ey İnsanlar!) Allaha tərəf qaçın! Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!
Ərəbcə təfsirlər:
وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ
Allahla yanaşı başqa bir ilah qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar xəbərdar edənəm!”
Ərəbcə təfsirlər:
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ
Beləcə, onlardan (Məkkə müşriklərindən) əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (ona:) “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.
Ərəbcə təfsirlər:
أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٞ طَاغُونَ
Yoxsa onlar (əvvəlkilər və axırdakılar) bunu (peyğəmbərləri yalan saymağı) bir-birinə vəsiyyət etmişdilər?! Xeyr, onlar həddi aşmış bir qövmdür.
Ərəbcə təfsirlər:
فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومٖ
(Ey Peyğəmbər!) Onlardan üz döndər! Sən (buna görə) qınanmazsan.
Ərəbcə təfsirlər:
وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ
Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.
Ərəbcə təfsirlər:
وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ
Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.
Ərəbcə təfsirlər:
مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ
Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.
Ərəbcə təfsirlər:
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ
Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.
Ərəbcə təfsirlər:
فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبٗا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ
(Ey Peyğəmbər!) Şübhəsiz ki, (səni yalan saymaqla özlərinə) zülm edənlər üçün yoldaşlarının (əzab) payı mislində payı vardır. Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər!
Ərəbcə təfsirlər:
فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ
Vəd olunmuş günlərindən dolayı vay kafirlərin halına!
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: əz-Zariyat
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev - Tərcumənin mündəricatı

Qurani Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi. Tərcümə etdi: Əlixan Musayev. "Ruvvad" tərcümə mərkəzi rəhbərliyi altında redaktə edilmişdir. Tərcüməyə rəy bildirmək, onu qiymətləndirmək və davamlı inkişaf etdirmək üçün əslinə də nəzər salmaq mümkündür.

Bağlamaq