Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: əl-Haqqə   Ayə:

əl-Haqqə

ٱلۡحَآقَّةُ
Haqq olan (Qiyamət)!
Ərəbcə təfsirlər:
مَا ٱلۡحَآقَّةُ
Nədir haqq olan (Qiyamət)?
Ərəbcə təfsirlər:
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحَآقَّةُ
Sən nə biləsən ki, nədir haqq olan (Qiyamət)?
Ərəbcə təfsirlər:
كَذَّبَتۡ ثَمُودُ وَعَادُۢ بِٱلۡقَارِعَةِ
Səmud və Ad (qövmləri qəlbləri) qorxuya salan Qiyaməti yalan saydılar.
Ərəbcə təfsirlər:
فَأَمَّا ثَمُودُ فَأُهۡلِكُواْ بِٱلطَّاغِيَةِ
Səmud (qövmü) qorxunc bir səslə məhv edildi.
Ərəbcə təfsirlər:
وَأَمَّا عَادٞ فَأُهۡلِكُواْ بِرِيحٖ صَرۡصَرٍ عَاتِيَةٖ
Ad qövmü isə olduqca soyuq və şiddətli küləklə məhv edildi.
Ərəbcə təfsirlər:
سَخَّرَهَا عَلَيۡهِمۡ سَبۡعَ لَيَالٖ وَثَمَٰنِيَةَ أَيَّامٍ حُسُومٗاۖ فَتَرَى ٱلۡقَوۡمَ فِيهَا صَرۡعَىٰ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٍ خَاوِيَةٖ
Allah onu (o küləyi) yeddi gecə, səkkiz gün ardıcıl onların üstündə əsdirdi. (Əgər orada olsaydın,) sən onların çürümüş boş xurma gövdələri kimi yerə sərilmiş görərdin.
Ərəbcə təfsirlər:
فَهَلۡ تَرَىٰ لَهُم مِّنۢ بَاقِيَةٖ
(İndi) sən onlardan qalan bir kimsə görürsənmi?!
Ərəbcə təfsirlər:
وَجَآءَ فِرۡعَوۡنُ وَمَن قَبۡلَهُۥ وَٱلۡمُؤۡتَفِكَٰتُ بِٱلۡخَاطِئَةِ
Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (əhli olan Lut qövmü) də günah işlətmişdilər.
Ərəbcə təfsirlər:
فَعَصَوۡاْ رَسُولَ رَبِّهِمۡ فَأَخَذَهُمۡ أَخۡذَةٗ رَّابِيَةً
Onlar Rəbbinin elçisinə asi oldular, Allah da onları (şiddəti) artan bir əzabla yaxaladı.
Ərəbcə təfsirlər:
إِنَّا لَمَّا طَغَا ٱلۡمَآءُ حَمَلۡنَٰكُمۡ فِي ٱلۡجَارِيَةِ
Su aşıb-daşdığı zaman sizi gəmidə (Nuhun gəmisində) Biz daşıdıq.
Ərəbcə təfsirlər:
لِنَجۡعَلَهَا لَكُمۡ تَذۡكِرَةٗ وَتَعِيَهَآ أُذُنٞ وَٰعِيَةٞ
Biz bunu sizə bir ibrət olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik.
Ərəbcə təfsirlər:
فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ نَفۡخَةٞ وَٰحِدَةٞ
Sur bircə dəfə üfürüləcəyi,
Ərəbcə təfsirlər:
وَحُمِلَتِ ٱلۡأَرۡضُ وَٱلۡجِبَالُ فَدُكَّتَا دَكَّةٗ وَٰحِدَةٗ
yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –
Ərəbcə təfsirlər:
فَيَوۡمَئِذٖ وَقَعَتِ ٱلۡوَاقِعَةُ
həmin gün Vaqiə qopacaq.
Ərəbcə təfsirlər:
وَٱنشَقَّتِ ٱلسَّمَآءُ فَهِيَ يَوۡمَئِذٖ وَاهِيَةٞ
Göy həmin gün zəyifləyib, parça-parça olacaqdır.
Ərəbcə təfsirlər:
وَٱلۡمَلَكُ عَلَىٰٓ أَرۡجَآئِهَاۚ وَيَحۡمِلُ عَرۡشَ رَبِّكَ فَوۡقَهُمۡ يَوۡمَئِذٖ ثَمَٰنِيَةٞ
Mələklər isə onun (göyün) ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır.
Ərəbcə təfsirlər:
يَوۡمَئِذٖ تُعۡرَضُونَ لَا تَخۡفَىٰ مِنكُمۡ خَافِيَةٞ
(Ey insanlar!) O gün siz (Allaha) ərz olunacaqsınız. Heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır.
Ərəbcə təfsirlər:
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَيَقُولُ هَآؤُمُ ٱقۡرَءُواْ كِتَٰبِيَهۡ
Kitabı sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, oxuyun kitabımı!
Ərəbcə təfsirlər:
إِنِّي ظَنَنتُ أَنِّي مُلَٰقٍ حِسَابِيَهۡ
Çünki mən (Qiyamət günü) öz hesabımla qovuşacağama inanırdım”.
Ərəbcə təfsirlər:
فَهُوَ فِي عِيشَةٖ رَّاضِيَةٖ
O, xoşbəxt həyat sürəcək –
Ərəbcə təfsirlər:
فِي جَنَّةٍ عَالِيَةٖ
uca bir Cənnətdə –
Ərəbcə təfsirlər:
قُطُوفُهَا دَانِيَةٞ
(elə bir Cənnətdə ki,) onun meyvələri yaxın olacaqdır.
Ərəbcə təfsirlər:
كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَآ أَسۡلَفۡتُمۡ فِي ٱلۡأَيَّامِ ٱلۡخَالِيَةِ
(Onlara:) “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– (deyiləcəkdir).
Ərəbcə təfsirlər:
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِشِمَالِهِۦ فَيَقُولُ يَٰلَيۡتَنِي لَمۡ أُوتَ كِتَٰبِيَهۡ
Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!
Ərəbcə təfsirlər:
وَلَمۡ أَدۡرِ مَا حِسَابِيَهۡ
Hesabımı da bilməyəydim!
Ərəbcə təfsirlər:
يَٰلَيۡتَهَا كَانَتِ ٱلۡقَاضِيَةَ
Kaş ilk ölümüm əbədi olaydı!
Ərəbcə təfsirlər:
مَآ أَغۡنَىٰ عَنِّي مَالِيَهۡۜ
Malım mənə fayda vermədi (məni Allahın əzabından qurtarmadı).
Ərəbcə təfsirlər:
هَلَكَ عَنِّي سُلۡطَٰنِيَهۡ
Hökmranlığım da məhv olub getdi”.
Ərəbcə təfsirlər:
خُذُوهُ فَغُلُّوهُ
(Mələklərə deyiləcəkdir:) “Onu tutub bağlayın!
Ərəbcə təfsirlər:
ثُمَّ ٱلۡجَحِيمَ صَلُّوهُ
Sonra da Cəhənnəmə atın!
Ərəbcə təfsirlər:
ثُمَّ فِي سِلۡسِلَةٖ ذَرۡعُهَا سَبۡعُونَ ذِرَاعٗا فَٱسۡلُكُوهُ
Sonra onu uzunluğu yetmiş dirsək olan zəncirlə bağlayın!
Ərəbcə təfsirlər:
إِنَّهُۥ كَانَ لَا يُؤۡمِنُ بِٱللَّهِ ٱلۡعَظِيمِ
Çünki o, Əzəmətli olan Allaha iman gətirmirdi.
Ərəbcə təfsirlər:
وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ ٱلۡمِسۡكِينِ
Miskini yedirtməyə rəğbətləndirmirdi.
Ərəbcə təfsirlər:
فَلَيۡسَ لَهُ ٱلۡيَوۡمَ هَٰهُنَا حَمِيمٞ
Bu gün burada onun üçün bir dost tapılmaz.
Ərəbcə təfsirlər:
وَلَا طَعَامٌ إِلَّا مِنۡ غِسۡلِينٖ
Qanlı irindən başqa yeməyi də yoxdur.
Ərəbcə təfsirlər:
لَّا يَأۡكُلُهُۥٓ إِلَّا ٱلۡخَٰطِـُٔونَ
Onu ancaq günahkarlar yeyər”.
Ərəbcə təfsirlər:
فَلَآ أُقۡسِمُ بِمَا تُبۡصِرُونَ
And içirəm gördüklərinizə,
Ərəbcə təfsirlər:
وَمَا لَا تُبۡصِرُونَ
Və görmədiklərinizə!
Ərəbcə təfsirlər:
إِنَّهُۥ لَقَوۡلُ رَسُولٖ كَرِيمٖ
O, möhtərəm bir Elçinin sözüdür.
Ərəbcə təfsirlər:
وَمَا هُوَ بِقَوۡلِ شَاعِرٖۚ قَلِيلٗا مَّا تُؤۡمِنُونَ
O, şair sözü deyil! Nə az inanırsınız!
Ərəbcə təfsirlər:
وَلَا بِقَوۡلِ كَاهِنٖۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ
O, kahin sözü də deyil! Nə az düşünürsünüz!
Ərəbcə təfsirlər:
تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ
O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!
Ərəbcə təfsirlər:
وَلَوۡ تَقَوَّلَ عَلَيۡنَا بَعۡضَ ٱلۡأَقَاوِيلِ
Əgər o (Muhamməd) bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,
Ərəbcə təfsirlər:
لَأَخَذۡنَا مِنۡهُ بِٱلۡيَمِينِ
Biz ondan şiddətli intiqam alardıq.
Ərəbcə təfsirlər:
ثُمَّ لَقَطَعۡنَا مِنۡهُ ٱلۡوَتِينَ
Sonra da şah damarını kəsərdik.
Ərəbcə təfsirlər:
فَمَا مِنكُم مِّنۡ أَحَدٍ عَنۡهُ حَٰجِزِينَ
Sizdən heç kəs buna mane ola bilməzdi.
Ərəbcə təfsirlər:
وَإِنَّهُۥ لَتَذۡكِرَةٞ لِّلۡمُتَّقِينَ
Həqiqətən, o (Quran) müttəqilər üçün bir öyüd-nəsihətdir.
Ərəbcə təfsirlər:
وَإِنَّا لَنَعۡلَمُ أَنَّ مِنكُم مُّكَذِّبِينَ
Şübhəsiz ki, aranızdan (Quranı) yalan sayanlar olduğunu da bilirik!
Ərəbcə təfsirlər:
وَإِنَّهُۥ لَحَسۡرَةٌ عَلَى ٱلۡكَٰفِرِينَ
Həqiqətən, o (Quran, Qiyamət günü) kafirlər üçün bir peşmançılıqdır.
Ərəbcə təfsirlər:
وَإِنَّهُۥ لَحَقُّ ٱلۡيَقِينِ
Şübhəsiz ki, o (Quran) gerçək bir həqiqətdir.
Ərəbcə təfsirlər:
فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ
(Ey Peyğəmbər!) Elə isə Əzəmətli Rəbbinin adı ilə təsbih et!
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: əl-Haqqə
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev - Tərcumənin mündəricatı

Qurani Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi. Tərcümə etdi: Əlixan Musayev. "Ruvvad" tərcümə mərkəzi rəhbərliyi altında redaktə edilmişdir. Tərcüməyə rəy bildirmək, onu qiymətləndirmək və davamlı inkişaf etdirmək üçün əslinə də nəzər salmaq mümkündür.

Bağlamaq