Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: əl-Əla   Ayə:

əl-Əla

سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى
Ən Uca Rəbbinin adını təsbih et!
Ərəbcə təfsirlər:
ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ
O Rəbbin ki, (hər şeyi) yaratdı və kamilləşdirdi.
Ərəbcə təfsirlər:
وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ
O Rəbbin ki, (hər şeyin müqəddəratını əzəldən) müəyyən etdi və yol göstərdi.
Ərəbcə təfsirlər:
وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ
O Rəbbin ki, otlağı çıxartdı.
Ərəbcə təfsirlər:
فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ
Sonra da onu (çürüyüb) qaralmış samana çevirdi.
Ərəbcə təfsirlər:
سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ
(Ey Peyğəmbər!) Biz sənə (Quranı) oxudacağıq və sən (onu) unutmayacaqsan.
Ərəbcə təfsirlər:
إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ
Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir.
Ərəbcə təfsirlər:
وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ
Biz səni ən asan olana (Cənnətə aparan əməllərə) müvəffəq edəcəyik.
Ərəbcə təfsirlər:
فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ
(Ey Peyğəmbər!) Xatırlatmaq fayda versə, xatırlat!
Ərəbcə təfsirlər:
سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ
(Allahdan) qorxan öyüd-nəsihət götürəcəkdir.
Ərəbcə təfsirlər:
وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى
Ən bədbəxt (kafir kimsə) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.
Ərəbcə təfsirlər:
ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ
O kimsə ki, ən böyük alova (Cəhənnəm alovuna) atılacaqdır.
Ərəbcə təfsirlər:
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ
Sonra orada nə öləcək, nə də yaşaya biləcək.
Ərəbcə təfsirlər:
قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ
(Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.
Ərəbcə təfsirlər:
وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ
O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
Ərəbcə təfsirlər:
بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا
Xeyr, siz dünya həyatını üstün tutursunuz.
Ərəbcə təfsirlər:
وَٱلۡأٓخِرَةُ خَيۡرٞ وَأَبۡقَىٰٓ
Axirət isə daha xeyirli və daha davamlıdır.
Ərəbcə təfsirlər:
إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ
Həqiqətən də, bu (anlatılanlar), əvvəlki səhifələrdə də vardır –
Ərəbcə təfsirlər:
صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ
İbrahimin və Musanın səhifələrində.
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: əl-Əla
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev - Tərcumənin mündəricatı

Qurani Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi. Tərcümə etdi: Əlixan Musayev. "Ruvvad" tərcümə mərkəzi rəhbərliyi altında redaktə edilmişdir. Tərcüməyə rəy bildirmək, onu qiymətləndirmək və davamlı inkişaf etdirmək üçün əslinə də nəzər salmaq mümkündür.

Bağlamaq