Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev * - Tərcumənin mündəricatı

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Mənaların tərcüməsi Surə: əz-Zəlzələ   Ayə:

əz-Zəlzələ

إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا
Yer titrəyib lərzəyə gələcəyi zaman;
Ərəbcə təfsirlər:
وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا
Yer öz yükünü bayıra atacağı
Ərəbcə təfsirlər:
وَقَالَ ٱلۡإِنسَٰنُ مَا لَهَا
və insan: “Ona (yerə) nə olub?”– deyəcəyi zaman –
Ərəbcə təfsirlər:
يَوۡمَئِذٖ تُحَدِّثُ أَخۡبَارَهَا
həmin gün yer öz xəbərlərini söyləyəcəkdir.
Ərəbcə təfsirlər:
بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا
Çünki Rəbbin ona belə vəhy etmişdir.
Ərəbcə təfsirlər:
يَوۡمَئِذٖ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتٗا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ
O gün insanlar əməllərinin onlara göstərilməsi üçün (qəbirlərindən) dəstə-dəstə çıxacaqlar!
Ərəbcə təfsirlər:
فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرٗا يَرَهُۥ
Kim zərrə qədər xeyir bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.
Ərəbcə təfsirlər:
وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٖ شَرّٗا يَرَهُۥ
Kim də zərrə qədər şər bir iş görmüşdürsə, onu (onun əvəzini) görəcəkdir.
Ərəbcə təfsirlər:
 
Mənaların tərcüməsi Surə: əz-Zəlzələ
Surələrin mündəricatı Səhifənin rəqəmi
 
Qurani Kərimin mənaca tərcüməsi - Azərbaycan dilinə tərcümə- Əlixan Musayev - Tərcumənin mündəricatı

Qurani Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi. Tərcümə etdi: Əlixan Musayev. "Ruvvad" tərcümə mərkəzi rəhbərliyi altında redaktə edilmişdir. Tərcüməyə rəy bildirmək, onu qiymətləndirmək və davamlı inkişaf etdirmək üçün əslinə də nəzər salmaq mümkündür.

Bağlamaq