Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Übersetzungen


Übersetzung der Bedeutungen Vers: (91) Surah / Kapitel: Al-Mu’minûn
مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٖ وَمَا كَانَ مَعَهُۥ مِنۡ إِلَٰهٍۚ إِذٗا لَّذَهَبَ كُلُّ إِلَٰهِۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
Uca Allah kafirlərin iddia etdikləri kimi Özünə heç bir öv­lad gö­tür­məmişdir və Onunla ya­naşı iba­dətə layiq olan heç bir haqq mə­bud da yoxdur. Əgər Onunla yanaşı haqq bir məbud olsaydı, bu zaman hər bir məbud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və sonda on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Beləliklə də, aləmin nizamı alt-üst olardı. Amma həqiqət budur ki, belə bir şey əsla olmamışdır. Bu da, ibadətə layiq olan haqq məbudun yalnız uca Allahın olduğuna dəlalət etməkdədir. Həqiqətən Allah, müşriklərin Onun övladı və şəriki olduğuna dair iddialarından pak və ucadır.
Arabische Interpretationen von dem heiligen Quran:
Die Nutzen der Versen in dieser Seite:
• الاستدلال باستقرار نظام الكون على وحدانية الله.
• Kainatın qüsursuz, müntəzəm bir qayda üzərə idarə edilməsi, uca Allahın vəhdaniyyətinə dəlalət edən amillərdən biridir.

• إحاطة علم الله بكل شيء.
• Uca Allahın elmi hər bir şeyi əhatə etmişdir.

• معاملة المسيء بالإحسان أدب إسلامي رفيع له تأثيره البالغ في الخصم.
• Pislik edən bir kimsəyə yaxşılıq edərək qarşılıq vermək, qarşı tərəfə müsbət təsir bağışlayan İslamın gözəl əxlaqlarından biridir.

• ضرورة الاستعاذة بالله من وساوس الشيطان وإغراءاته.
• Şeytanın vəsvəsələlərindən və onun hiylələrindən uca Allaha sığınmağın zəruriliyi.

 
Übersetzung der Bedeutungen Vers: (91) Surah / Kapitel: Al-Mu’minûn
Suren/ Kapiteln Liste Nummer der Seite
 
Übersetzung der Bedeutungen von dem heiligen Quran - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Übersetzungen

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Schließen