Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (208) Sura: Al'bakara
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱدۡخُلُواْ فِي ٱلسِّلۡمِ كَآفَّةٗ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ
Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! İslamı bütövlüklə qəbul edin, ondan heç bir şeyi tərk etməyin və Kitab əhlinin etdiyi kimi, kitabın bəzisinə iman edib, bəzisini isə inkar etməyin. Şeytanın yollarına tabe olmayın, çünki o, sizə düşmənçiliyi açıq-aydın olan və düşmənçiliyini göstərən düşməninizdir.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• التقوى حقيقة لا تكون بكثرة الأعمال فقط، وإنما بمتابعة هدي الشريعة والالتزام بها.
• Həqiqətən Allahdan qorxmaq təkcə çox əməl etməkdən ibarət deyil. Allahdan həqiqətən qorxmaq şəriətin qoyduğu yola tabe olmaq və bu yolda sabit qalmaqdır.

• الحكم على الناس لا يكون بمجرد أشكالهم وأقوالهم، بل بحقيقة أفعالهم الدالة على ما أخفته صدورهم.
• İnsanlara hökm vermək heç də onların zahiri görnüşünə və danışığına görə deyil, əksinə, qəlblərinin gizlətdiyinə dəlalət edən əməllərin həqiqiliyinə görədir.

• الإفساد في الأرض بكل صوره من صفات المتكبرين التي تلازمهم، والله تعالى لا يحب الفساد وأهله.
• Yer üzündə hər cür fitnə-fəsad törətmək, təkəbbürli insanların işidir. Uca Allah isə fitnə-fəsadı və fitnə-fəsad əhlini sevməz.

• لا يكون المرء مسلمًا حقيقة لله تعالى حتى يُسَلِّم لهذا الدين كله، ويقبله ظاهرًا وباطنًا.
• İnsan bütünlüklə bu dinə tabe olmayınca, zahirdə və batində onu qəbul etməyincə Uca Allahın dininə tabe olan həqiqi müsəlman olmaz.

 
Fassarar Ma'anoni Aya: (208) Sura: Al'bakara
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa