Fassarar Ma'anonin Alqura'ni - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (64) Sura: Suratu Al'naml
أَمَّن يَبۡدَؤُاْ ٱلۡخَلۡقَ ثُمَّ يُعِيدُهُۥ وَمَن يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قُلۡ هَاتُواْ بُرۡهَٰنَكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa məxluqatın ya­radılışını bətnlərdə mərhələ-mərhələ başladan, onu öldürdükdən son­­ra ona təkrarən həyat verən, si­zə Öz mərhəməti ilə üzərinizə göydən yağmur yağdırıb və bu yağmurla yer üzündə sizin üçün müxtəlif növ bitkilər yetişdirərək sizə ru­zi verən Allahmi?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır? Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər həqiqətən də siz haqqlı olduğunuza əminsinizsə, elə isə haydı, Allaha şərik qoşduğunuzun doğruluğuna dair dəlillərinizi gə­ti­rin!"
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• علم الغيب مما اختص به الله، فادعاؤه كفر.
• Qeyb elmi, uca Allaha xas olan elmlərdən biridir. Bir kimsənin bu elmə sahib olduğunu idda etməsi küfrdür.

• الاعتبار بالأمم السابقة من حيث مصيرها وأحوالها طريق النجاة.
• Keçmiş ümmətlərin aqibətini düşünüb və onlardan ibrət almaq, insanı qurtuluşa yönəldən amillərdən biridir.

• إحاطة علم الله بأعمال عباده.
• Uca Allahın elmi, insanların etdikləri bütün əməlləri əhatə etmişdir.

• تصحيح القرآن لانحرافات بني إسرائيل وتحريفهم لكتبهم.
• Quran, İs­rail oğul­larının azğınlıqda olduqlarını və səmavi kitablarını təhrif etdiklərini açıq-aydın bəyan etmişdir.

 
Fassarar Ma'anoni Aya: (64) Sura: Suratu Al'naml
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa