Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Luqman   Aya:

Loğman

daga cikin abunda Surar ta kunsa:
الأمر باتباع الحكمة التي تضمّنها القرآن، والتحذير من الإعراض عنها.
Quranın özündə cəm etdiyi hikmətə tabe olmağın vacibliyi və bundan üz çevirməkdən çəkindirmək.

الٓمٓ
(Əlif, Ləm, Mim!) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
Tafsiran larabci:
تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡحَكِيمِ
Ey Peyğəmbər! Sənə nazil edilən bu ayələr, hikmətlə danışan kitabın ayələridir.
Tafsiran larabci:
هُدٗى وَرَحۡمَةٗ لِّلۡمُحۡسِنِينَ
Bu kitab, Rəbbinin və Onun qullarının haqqını ödəyən yaxşı əməl sahibləri­nə doğru yol göstəricisi və rəh­mət­dir.
Tafsiran larabci:
ٱلَّذِينَ يُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ
O kəslər ki, namazlarını ən kamil şəkildə əda edir, mallarının zəkatını verir və axi­rətdə olacaq dirilməyə, haqq-hesaba çəkilməyə, savaba nail olmağa və ya cəzaya məruz qalmağa tam yəqinliklə iman edirlər.
Tafsiran larabci:
أُوْلَٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ
Bu xislətləri özlərində əks etdirən kimsələr öz Rəbbi tərəfindən göstərilmiş doğru yoldadırlar. İstədiklərinə nail olmaqla və qorxduqlarından uzaq olmaqla uğur qazananlar da məhz onlardır.
Tafsiran larabci:
وَمِنَ ٱلنَّاسِ مَن يَشۡتَرِي لَهۡوَ ٱلۡحَدِيثِ لِيُضِلَّ عَن سَبِيلِ ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّخِذَهَا هُزُوًاۚ أُوْلَٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ
İnsanlar arasında - Nədr ibn əl-Haris kimi - elə adamlar var ki, heç bir biliyi olma­dan insanları Allahın dinindən sapdırmaq və Allahın ayə­lə­ri­ni lağa qoy­maq üçün boş-boş söz­lər danışır. Bu vəsfləri özündə əks etdirən kimsələri axirətdə alçaldıcı bir əzab göz­ləyir.
Tafsiran larabci:
وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا وَلَّىٰ مُسۡتَكۡبِرٗا كَأَن لَّمۡ يَسۡمَعۡهَا كَأَنَّ فِيٓ أُذُنَيۡهِ وَقۡرٗاۖ فَبَشِّرۡهُ بِعَذَابٍ أَلِيمٍ
Ayələrimiz ona oxun­duğu za­man sanki onu eşit­mirmiş, qu­laqla­rında tıxac var­mış kimi təkəbbürlə onlardan üz çevi­rər. Ey Peyğəmbər! Beləsinə onun üçün hazırlanmış ağrılı-acılı bir əzab­la müjdə ver.
Tafsiran larabci:
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتُ ٱلنَّعِيمِ
Allaha iman gətirib saleh əməllər edənləri Nəim cənnətləri gözləyir. Onlar orada Allahın onlar üçün hazırladığı nemətlər içində olacaqlar.
Tafsiran larabci:
خَٰلِدِينَ فِيهَاۖ وَعۡدَ ٱللَّهِ حَقّٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
Onlar orada həmişəlik qala­caqlar. Alla­hın bu vədi haqdır, bunda heç bir şəkk yoxdur. Pak və müqəddəs Allah, yenilməz qüd­rət sahibidir, üstəlik, həm yaratmaq, həm müqəddəratı müəyyən etmək, həm də hökm vermək xüsusunda Hikmətlidir.
Tafsiran larabci:
خَلَقَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ وَأَلۡقَىٰ فِي ٱلۡأَرۡضِ رَوَٰسِيَ أَن تَمِيدَ بِكُمۡ وَبَثَّ فِيهَا مِن كُلِّ دَآبَّةٖۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجٖ كَرِيمٍ
Pak, müqəddəs və Uca Allah göyləri heç bir di­rək olmadığı halda xəlq etmiş, yer sizi silkələ­məsin deyə, orada möhkəm dağ­lar yerləşdirmiş və yer üzünə cürbəcür hey­vanlar yaymışdır. Biz göy­dən yağmur yağdı­rıb ora­da insanların və heyvanların faydalanacağı müxtəlif növ gözəl bitkilər yetişdirdik.
Tafsiran larabci:
هَٰذَا خَلۡقُ ٱللَّهِ فَأَرُونِي مَاذَا خَلَقَ ٱلَّذِينَ مِن دُونِهِۦۚ بَلِ ٱلظَّٰلِمُونَ فِي ضَلَٰلٖ مُّبِينٖ
Bu zikr edilənlər Allahın yaratdıq­larıdır. İndi siz, ey müşriklər, mənə göstərin gö­rüm, Allah­dan başqa ibadət etdikləriniz nə ya­radıblar? Xeyr! Zalımlar haqdan uzaq açıq-aydın az­ğınlıq için­dədirlər. Onlar heç bir şey yaratmağa qadir olmayan, özləri yaradılmış olan şeyləri Rəbbinə şərik qoşurlar.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• طاعة الله تقود إلى الفلاح في الدنيا والآخرة.
Allaha itaət etmək, insanı dünyada və axirətdə qurtuluşa yönəldir.

• تحريم كل ما يصد عن الصراط المستقيم من قول أو فعل.
Doğru yoldan azdıran hər bir söz və ya əməl haram edilmişdir.

• التكبر مانع من اتباع الحق.
Təkəbbürlük etmək, haqqa tabe olmağa maneədir.

• انفراد الله بالخلق، وتحدي الكفار أن تخلق آلهتهم شيئًا.
Allahın tək Xaliq olmasının bəyanı və kafirlərdən, ilahlarının bir şey yaratmasını tələb edilməsi.

 
Fassarar Ma'anoni Sura: Luqman
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na Taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa