Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Sura: Qaaf   Aya:
وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَشَدُّ مِنۡهُم بَطۡشٗا فَنَقَّبُواْ فِي ٱلۡبِلَٰدِ هَلۡ مِن مَّحِيصٍ
Biz haqqı yalan sayan bu Məkkə müşriklərindən əvvəl bir çox ümmətləri məhv etdik. Onlar Məkkə müşriklərindən daha qüvvətli idilər. Onlar di­yarbədiyar gəzib canlarını əzabdan qurtarmağa yol axtardılar, lakin tapa bilmədilər”.
Tafsiran larabci:
إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِمَن كَانَ لَهُۥ قَلۡبٌ أَوۡ أَلۡقَى ٱلسَّمۡعَ وَهُوَ شَهِيدٞ
Həqiqətən, bu deyilənlərdə - əvvəlki ümmətlərin məhv olmasında, dərk edən qəlbi olan və ya sakit durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.
Tafsiran larabci:
وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ
Biz göyləri, yeri və on­la­rın ara­sın­da olanları bir anda yaratmağa qadir olduğumuz halda, altı gün­də ya­rat­dıq və yəhudilərin iddia etdiyi kimi, Bizə heç bir yorğunluq üz vermədi.
Tafsiran larabci:
فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ ٱلۡغُرُوبِ
Ey Peyğəmbər! Sən yəhudilərin və başqalarının dediklərinə səbir et! Rəbbinə həmd edərək gün doğmamışdan əv­vəl fəcr namazını, gün batma­mış­dan əvvəl də əsr namazını qıl!
Tafsiran larabci:
وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَأَدۡبَٰرَ ٱلسُّجُودِ
Gecənin bir vaxtında Allah üçün namaz qıl və namazlardan sonra Onun şəninə təriflər de!
Tafsiran larabci:
وَٱسۡتَمِعۡ يَوۡمَ يُنَادِ ٱلۡمُنَادِ مِن مَّكَانٖ قَرِيبٖ
Ey Peyğəmbər! O gün sura üfürməyə müvəkkəl edilmiş mələyin yaxın bir yerdən ikinci kərə sura üfürəcəyini dinlə.
Tafsiran larabci:
يَوۡمَ يَسۡمَعُونَ ٱلصَّيۡحَةَ بِٱلۡحَقِّۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُرُوجِ
O gün məxluqat, heç bir şübhə olmayan dirilmə çağırışını gerçəkdən eşidəcək. Onların bu çağırışı eşidəcəkləri o gün, ölülərin haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün öz qəbirlərdən çıx­ma günü­dür.
Tafsiran larabci:
إِنَّا نَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَإِلَيۡنَا ٱلۡمَصِيرُ
Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Bizdən başqa nə dirildən, nə də öldürən var. Qiyamət günü qulların haqq-hesaba çəkilməsi və əməllərinin əvəzini alması üçün dönüşü yalnız Bizədir.
Tafsiran larabci:
يَوۡمَ تَشَقَّقُ ٱلۡأَرۡضُ عَنۡهُمۡ سِرَاعٗاۚ ذَٰلِكَ حَشۡرٌ عَلَيۡنَا يَسِيرٞ
O gün yer onlardan ötrü ya­rı­la­caq və onlar (qəbirlərindən) sürətlə çıxa­caq­lar. Beləcə, on­la­rı bir yerə yığmaq Bi­zim üçün asandır.
Tafsiran larabci:
نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِجَبَّارٖۖ فَذَكِّرۡ بِٱلۡقُرۡءَانِ مَن يَخَافُ وَعِيدِ
Biz haqqı yalan sayan o kimsələrin nə dediklə­rini yaxşı bi­lirik. Ey Peyğəmbər! Sən onları iman gətirməyə məc­bur edən deyilsən. Sən sadəcə Allahın sənə təbliğ olunmasını əmr etdiyini təbliğ edənsən. Sən Mənim təhdidimdən qorxan kafirlərə və asi olanlara ­Quranla öyüd-nəsihət ver. Çünki məhz qorxan kimsə öyüd-nəsihət alar və ona xatırlatdıqda xatırlayar.
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• الاعتبار بوقائع التاريخ من شأن ذوي القلوب الواعية.
Tarixdə baş vermiş hadisələrdən ibrət almaq dərk edən qəlbə sahib insanların işidir.

• خلق الله الكون في ستة أيام لِحِكَم يعلمها الله، لعل منها بيان سُنَّة التدرج.
Allah yalnız Özünün bildiyi hikmətlərə görə kainatı altı günə yaratmışdır. Ola bilsin ki, bunlardan biri, işi tədriclə görmək sünnəsidir.

• سوء أدب اليهود في وصفهم الله تعالى بالتعب بعد خلقه السماوات والأرض، وهذا كفر بالله.
Yəhudilərin Uca Allahı vəsf etmək xüsusunda ədəbsizlik edərək Allahın göyləri və yeri yaratdıqdan sonra yorulduğunu deməsi. Bu, Allaha küfr etməkdir.

 
Fassarar Ma'anoni Sura: Qaaf
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da harshen Azarbaijanci na taƙaitaccen Tafsirin AlƘur'ani mai girma. - Teburin Bayani kan wasu Fassarori

Wanda aka buga a Cibiyar Tafsiri da karatuttukan AlƘur'ani.

Rufewa