Fassarar Ma'anonin Alqura'ni - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - Teburin Bayani kan wasu Fassarori


Fassarar Ma'anoni Aya: (143) Sura: Suratu Al'a'raf
وَلَمَّا جَآءَ مُوسَىٰ لِمِيقَٰتِنَا وَكَلَّمَهُۥ رَبُّهُۥ قَالَ رَبِّ أَرِنِيٓ أَنظُرۡ إِلَيۡكَۚ قَالَ لَن تَرَىٰنِي وَلَٰكِنِ ٱنظُرۡ إِلَى ٱلۡجَبَلِ فَإِنِ ٱسۡتَقَرَّ مَكَانَهُۥ فَسَوۡفَ تَرَىٰنِيۚ فَلَمَّا تَجَلَّىٰ رَبُّهُۥ لِلۡجَبَلِ جَعَلَهُۥ دَكّٗا وَخَرَّ مُوسَىٰ صَعِقٗاۚ فَلَمَّآ أَفَاقَ قَالَ سُبۡحَٰنَكَ تُبۡتُ إِلَيۡكَ وَأَنَا۠ أَوَّلُ ٱلۡمُؤۡمِنِينَ
Musa - aleyhissəlam, qırx gecənin tamamında, onun üçün təyin etdiyimiz vaxtda Rəbbi ilə da­nış­mağa gəldikdə, Rəbbi onu bəzi əmrlər, qadağalar və s. işlər barədə danışdırdı. Bu zaman Musa - aleyhissəlam - Rəbbini görmək arzusuna düşdü və Allahdan Onu görməsini istədi. Pak və uca olan Allah ona belə cavab verdi: "Sənin buna taqətin çatmadığın üçün sən dünya həyatında heç vaxt məni görə bilməzsən. Lakin Mən bu dağa baxdığım zaman səndə həmin dağa bax. Əgər o, öz ye­rin­də dəyişməyib sabit qalarsa, sən Məni gö­rə bilərsən. Əgər dağ yerlə bərabər olarsa, demək sən Məni dünyada heç vaxt görə bilməzsən". Allah dağa baxdıqda bu zaman dağ yerlə bərabər oldu və Musa - aleyhissəlam - bayı­la­raq yerə yıxıldı. Musa - aleyhissəlam - özünə gəl­dik­də isə dedi: "Ey Rəbb! Mən Səni, Sənə layiq olmayan bütün eyib və nöqsanlardan uzaq tuturam. Mən Səni dünyada ikən görmək üçün soruşduğumu bir daha Səndən soruşmağa tövbə edirəm və mən qövmümdən iman gətirənlərin bi­rin­ci­si­yəm!"
Tafsiran larabci:
daga cikin fa'idodin Ayoyin wannan shafi:
• تؤكد الأحداث أن بني إسرائيل كانوا ينتقلون من ضلالة إلى أخرى على الرغم من وجود نبي الله موسى بينهم.
• Baş verən hadisələr, İsrail oğullarının Allahın peyğəmbəri Musa onların arasında olmasına rəğmən, onların bir zəlalətdən başqa bir zəlalətə meyl etdiklərini təsdiqləyir.

• من مظاهر خذلان الأمة أن تُحَسِّن القبيح، وتُقَبِّح الحسن بمجرد الرأي والأهواء.
• Sadəcə ağıla əsaslanaraq pisi yaxşı, yaxşınıda pis kimi qələmə vermək, ümmətin rəzil olma təzahürlərindən biridir.

• إصلاح الأمة وإغلاق أبواب الفساد هدف سام للأنبياء والدعاة.
• Ümmətin islahı və yer üzündə fitnə-fəsad qapılarının bağlanması Peyğəmbərlərin və dəvətçilərin ən ali hədəflərindəndir.

• قضى الله تعالى ألا يراه أحد من خلقه في الدنيا، وسوف يكرم من يحب من عباده برؤيته في الآخرة.
• Uca Allah bu dünyada heç kimsənin Onu görə bilməyəcəyi hökmünü vermişdir. Axirətdə isə Öz Cəmalını Onu görmək istəyən qullarına göstərməklə onlara ikram edəcəkdir.

 
Fassarar Ma'anoni Aya: (143) Sura: Suratu Al'a'raf
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - Teburin Bayani kan wasu Fassarori

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Rufewa