Check out the new design

Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Azarbiyanci- Ali Khan Musayif * - Teburin Bayani kan wasu Fassarori

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Fassarar Ma'anoni Sura: Maryam   Aya:
أَفَرَءَيۡتَ ٱلَّذِي كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالٗا وَوَلَدًا
Ayələrimizi inkar edib: “Mənə mütləq var-dövlət və övlad veriləcək!”– deyən kimsəni gördünmü?
Tafsiran larabci:
أَطَّلَعَ ٱلۡغَيۡبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا
Olmaya, o, qeybdən xəbərdardır, yoxsa Rəhmandan əhd almışdır?
Tafsiran larabci:
كَلَّاۚ سَنَكۡتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلۡعَذَابِ مَدّٗا
Xeyr! Biz onun dediklərini yazacaq və əzabını qat-qat artıracağıq.
Tafsiran larabci:
وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأۡتِينَا فَرۡدٗا
Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir.
Tafsiran larabci:
وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لِّيَكُونُواْ لَهُمۡ عِزّٗا
(Müşriklər) Allahdan başqa məbudlar qəbul etdilər ki, onlara kömək olsunlar.
Tafsiran larabci:
كَلَّاۚ سَيَكۡفُرُونَ بِعِبَادَتِهِمۡ وَيَكُونُونَ عَلَيۡهِمۡ ضِدًّا
Xeyr! (Qiyamət günü o məbudlar) onların ibadətini inkar edəcək və onların əleyhinə çıxacaqlar.
Tafsiran larabci:
أَلَمۡ تَرَ أَنَّآ أَرۡسَلۡنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلۡكَٰفِرِينَ تَؤُزُّهُمۡ أَزّٗا
Məgər kafirlərin üstünə onları günaha sövq edən şeytanları göndərdiyimizi görmürsənmi?
Tafsiran larabci:
فَلَا تَعۡجَلۡ عَلَيۡهِمۡۖ إِنَّمَا نَعُدُّ لَهُمۡ عَدّٗا
Odur ki, onlardan ötrü (əzab diləməyə) tələsmə. Biz onların (günlərini) bir-bir sayırıq.
Tafsiran larabci:
يَوۡمَ نَحۡشُرُ ٱلۡمُتَّقِينَ إِلَى ٱلرَّحۡمَٰنِ وَفۡدٗا
O gün Biz müttəqiləri Rəhmanın hüzuruna hörmətli nümayəndələr olaraq toplayarıq.
Tafsiran larabci:
وَنَسُوقُ ٱلۡمُجۡرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرۡدٗا
Günahkarları isə Cəhənnəmə susamış olduqları halda qovub apararıq.
Tafsiran larabci:
لَّا يَمۡلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا
Rəhmandan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar.
Tafsiran larabci:
وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗا
(Kafirlər:) “Rəhman özünə övlad götürmüşdür!”– dedilər.
Tafsiran larabci:
لَّقَدۡ جِئۡتُمۡ شَيۡـًٔا إِدّٗا
Siz olduqca pis bir iş tutdunuz.
Tafsiran larabci:
تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِنۡهُ وَتَنشَقُّ ٱلۡأَرۡضُ وَتَخِرُّ ٱلۡجِبَالُ هَدًّا
Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun –
Tafsiran larabci:
أَن دَعَوۡاْ لِلرَّحۡمَٰنِ وَلَدٗا
Rəhmana övlad isnad etdiklərinə görə.
Tafsiran larabci:
وَمَا يَنۢبَغِي لِلرَّحۡمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا
Halbuki Rəhmana övlad götürmək yaraşmaz.
Tafsiran larabci:
إِن كُلُّ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ إِلَّآ ءَاتِي ٱلرَّحۡمَٰنِ عَبۡدٗا
Göylərdə və yerdə olanların hamısı Rəhmanın hüzuruna qul olaraq gələcəkdir.
Tafsiran larabci:
لَّقَدۡ أَحۡصَىٰهُمۡ وَعَدَّهُمۡ عَدّٗا
Allah onları hesablamış və bir-bir saymışdır.
Tafsiran larabci:
وَكُلُّهُمۡ ءَاتِيهِ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَرۡدًا
Onların hər biri Qiyamət günü Onun hüzuruna tək-tənha gələcəkdir.
Tafsiran larabci:
 
Fassarar Ma'anoni Sura: Maryam
Teburin Jerin Sunayen Surori Lambar shafi
 
Fassarar Ma'anonin Alqura'ni - Fassara da yaren Azarbiyanci- Ali Khan Musayif - Teburin Bayani kan wasu Fassarori

Ali Khan Musayif ne ya fassarata. An sabunta ta ƙarƙashin kulawar Cibiyar fassara ta Ruwad, an bada damar karanta fassarar ta asali dan manufar bayyanar da ra'ayi da daidaitata da kuma ci gaba mai ɗorewa.

Rufewa