Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߕߐ߬ߝߍ߬ߦߊ߬ߣߍ߲ ߠߎ߬   ߟߝߊߙߌ ߘߏ߫:

Fussilət

ߝߐߘߊ ߟߊߢߌߣߌ߲ ߘߏ߫:
بيان حال المعرضين عن الله، وذكر عاقبتهم.
Allahdan üz döndərənlərin halının bəyan edilməsi və onların aqibətinin zikr edilməsi.

حمٓ
﴾Ha. Mim.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
تَنزِيلٞ مِّنَ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
Bu Quran Mərhəmətli və Rəhm­li Allah tə­rə­findən nazil edil­mişdir.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
كِتَٰبٞ فُصِّلَتۡ ءَايَٰتُهُۥ قُرۡءَانًا عَرَبِيّٗا لِّقَوۡمٖ يَعۡلَمُونَ
Anlayan bir qövm üçün ərəbcə Quran olaraq ayələri tam və ən mükəmməl şəkildə bəyan edilmiş bir kitabdır. Çünki onlar onun ayələrinin mənasını dərk edən və haqq yolu göstərən ayələrdən faydalanan kimsələrdir.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
بَشِيرٗا وَنَذِيرٗا فَأَعۡرَضَ أَكۡثَرُهُمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ
Bu Quran, həm möminlərə Allahın onlar üçün hazırladığı böyük mükafatla müjdə verən, həm də kafirləri Allahın ağrılı-acılı əzabı ilə qorxudandır. Lakin kafirlərin çoxu Qurandan üz döndərib, onun doğru yol göstərən ayələrini dinləmirlər.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَقَالُواْ قُلُوبُنَا فِيٓ أَكِنَّةٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ وَفِيٓ ءَاذَانِنَا وَقۡرٞ وَمِنۢ بَيۡنِنَا وَبَيۡنِكَ حِجَابٞ فَٱعۡمَلۡ إِنَّنَا عَٰمِلُونَ
Onlar deyirlər: “Qəlbimizə örtük çəkildiyinə görə, sənin bizi dəvət etdiyini anlamırıq, qulaqlarımız da kardır deyə, nə dediyini eşitmirik və bir də, bizimlə sənin aranda pərdə var deyə, sənin dediklərin bizə çatmır. Sən öz dininə əməl et, biz də öz dinimizə əməl edəcəyik və sənə tabe olmayacağıq”.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَٱسۡتَقِيمُوٓاْ إِلَيۡهِ وَٱسۡتَغۡفِرُوهُۗ وَوَيۡلٞ لِّلۡمُشۡرِكِينَ
Ey Peyğəmbər, o inadkarlara belə de: “Mən də sizin kimi bir insa­nam. Allah mənə vəhy edir ki, si­zin haqq mə­bu­dunuz yalnız Tək olan Allah­dır. Ona tərəf doğ­ru yol tutun və günahlarınıza görə On­dan bağışlanma di­ləyin. Allahdan qeyrisinə ibadət edən və ya Allaha şərik qoşan müşriklər məhv olsun və əzaba uğrasınlar!
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ٱلَّذِينَ لَا يُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ
O kəslər ki, mallarının zəkat ver­mir və axi­rəti - oradakı tükənməz nemətləri və ağrılı-acılı əzabı inkar edirlər.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ
Allaha və Onun peyğəmbərlərinə iman gətirib yaxşı işlər görənləri əbədi, tükənməz nemət - Cənnət gözləyir”.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
۞ قُلۡ أَئِنَّكُمۡ لَتَكۡفُرُونَ بِٱلَّذِي خَلَقَ ٱلۡأَرۡضَ فِي يَوۡمَيۡنِ وَتَجۡعَلُونَ لَهُۥٓ أَندَادٗاۚ ذَٰلِكَ رَبُّ ٱلۡعَٰلَمِينَ
Ey Peyğəmbər, müşriklərə məzəmmət edərək belə de: “Siz nə üçün yeri iki gün­də - bazar günü və bazar ertəsi yaradan Allaha küfr edir və Ona şəriklər qoşub onlara ibadət edirsiniz?! O ki, bütün məxluqatın Rəb­bi­dir.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَجَعَلَ فِيهَا رَوَٰسِيَ مِن فَوۡقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقۡوَٰتَهَا فِيٓ أَرۡبَعَةِ أَيَّامٖ سَوَآءٗ لِّلسَّآئِلِينَ
O, yer silkələnməsin deyə onun üstündə möhkəm duran dağlar yerləşdirdi, ora bərəkət verdi, oranı sakinləri üçün bərəkətli bir yer etdi və ruzi istəyənlər üçün orada insanların və heyvanların ruzisini, əvvəlki iki gün (bazar və bazar ertsəi) də daxil olmaqla, dörd gündə - ikinci və üçüçncü günlər müəyyən etdi.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِيَ دُخَانٞ فَقَالَ لَهَا وَلِلۡأَرۡضِ ٱئۡتِيَا طَوۡعًا أَوۡ كَرۡهٗا قَالَتَآ أَتَيۡنَا طَآئِعِينَ
Sonra pak və müqəddəs Allah, o zaman hələ tüstü halında olan göyü xəlq etmək üçün səmaya təfəf ucaldı. Onda O, göyə və yerə belə buyurdu: “Könüllü surətdə və ya məcburi olaraq əmrimə boyun əyin, sizin bundan başqa bir yolunuz yoxdur!”. Onlar da belə cavab verdilər: “Könüllü olaraq boyun əyirik. Sənin istəyindən başqa, bizim heç bir istəyimiz ola bilməz, ey Rəbbimiz!”
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• تعطيل الكافرين لوسائل الهداية عندهم يعني بقاءهم على الكفر.
Kafirlərin, doğru yolu göstərən vasitələrə məhəl qoymamaları, onların hələdə öz küfrlərindən əl çəkmədiklərinə dəlalət edir.

• بيان منزلة الزكاة، وأنها ركن من أركان الإسلام.
(İslamda) zəkatın yerin və onun İslamın ərakanlarından biri olduğunun bəyanı.

• استسلام الكون لله وانقياده لأمره سبحانه بكل ما فيه.
Kainatın içindəkilərlə bilikdə pak və müqəddəs Allaha təslim olması və Onun əmrinə boyun əyməsi.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߕߐ߬ߝߍ߬ߦߊ߬ߣߍ߲ ߠߎ߬
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲