Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߖߎߙߎ߲ߖߎߙߎ߲ߠߌ߲ߠߊ ߟߎ߬   ߟߝߊߙߌ ߘߏ߫:
كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ
Məkkə əhli haqqı yalan saydıqları kimi, əvvəlki ümmtlər də, haqqı yalan saymışdılar. Allahın onlara göndərdiyi elə bir elçi gəlmədi ki, onun ba­rəsində: “O, sehrbaz­dır, ya da dəlidir!” – deməsin­lər.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٞ طَاغُونَ
Yoxsa əvvəl yaşamış kafirlər Allah rəsulunu yalançı saymağı sonrakılara və­siyyət etmişdilər?! Xeyr, əksinə, on­ları öz azğınlıqları eyni yolda olmağa vadar etmişdir.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومٖ
Ey Peyğəmbər! Sən bu yalan sayanlardan üz dön­dər! Sən bu­na görə qınanmayacaqsan. Sən artıq Allahın göndərdiyi risaləti onlara təbliğ etmisən.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ
Sənin onlardan üz çevirməyin, onlara öyüd-nəsihət verməyinə və onlara xatırlatmağına mane olmaz. Sən onlara nəsihət et və xatırlat, çünki xatır­latmaq Allaha iman gətirənlərə fayda verir.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ
Mən cinləri və insanları mənə şərik qoşmaqdan ötrü yox, əksinə, təkcə Mənə ibadət etsinlər deyə ya­rat­dım.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ
Mən onlardan ruzi is­tə­mirəm. Mən onlardan Məni ye­dirt­mə­lərini də istəmirəm.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ
Həqiqətən, Allah Öz qullarına ruzi ve­rəndir. Hamı onun verdiyi ruziyə möhtacdır. O, qüvvət sahibidir, Mə­tindir. Heç bir şey Ona üstün gələ bilməz. Bütün cinlər və insanlar Uca Allahın güvvəsinə tabedilər.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبٗا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ
Ey Peyğəmbər! Heç şübhəsiz ki, səni yalançı saymaqla özlərinə zülm edən­ləri, özlərindən əvvəl yaşamış həm­taylarının qisməti ki­mi əzabdan bir qis­mət göz­ləyir. Bu qismətin müəyyən edilmiş bir vaxtı vardır, qoy onlar Məndən onun tez baş verməsini istəməsinlər!
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ
Özlərinin əzaba düçar olacaqlarına dair vəd olunmuş qiyamət gününüdən ötrü, Allaha küfr edən və peyğəmbərlərini yalançı sayan kimsələrə ölüm olsun və ziyana uğrasınlar!
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الكفر ملة واحدة وإن اختلفت وسائله وتنوع أهله ومكانه وزمانه.
Küfrün vasitələri, əhli, məkanı və zamanı fərqli və müxtəlif olmasına baxmayaraq küfrün hamısı eyni bir millətdir.

• شهادة الله لرسوله صلى الله عليه وسلم بتبليغ الرسالة.
Uca Allahın, Öz rəsulunun risaləti təbliğ etməsinə dair şahidlik etməsi.

• الحكمة من خلق الجن والإنس تحقيق عبادة الله بكل مظاهرها.
Cinlərin və insanların xəlq edilməsinin hikməti, onların Uca Allaha edtikləri ibadəti tam şəkildə yerinə yetirməsidir.

• سوف تتغير أحوال الكون يوم القيامة.
Qiyamət günü kainatın halı dəyişəcəkdir.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߖߎߙߎ߲ߖߎߙߎ߲ߠߌ߲ߠߊ ߟߎ߬
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲