Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߖߊ߲߬ߖߏ߲   ߟߝߊߙߌ ߘߏ߫:
إِنَّ لِلۡمُتَّقِينَ مَفَازًا
Rəbbinin əmrlərini yerinə yetirən və Onun qadağalarından çəkinən müttəqilər üçün içində istədiklərinə nail olacaq nicat yeri vardır. Bu da, Cənnətdir.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
حَدَآئِقَ وَأَعۡنَٰبٗا
Bağçalar və üzüm bağları,
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَكَوَاعِبَ أَتۡرَابٗا
Sinələri yenicə qabarmış həmyaşıd gənc qızlar.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَكَأۡسٗا دِهَاقٗا
Şərabla dolmuş qədəhlər vardır.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
لَّا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا كِذَّٰبٗا
Onlar Cənnətdə nə batil söz, nə də yalan eşidəcək, nə də ki bir-birini yalançı hesab edəcəklər.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
جَزَآءٗ مِّن رَّبِّكَ عَطَآءً حِسَابٗا
Bunların hamısı Allahın Öz tərəfindən onlara artıqlaması ilə bəxş etdiyi lütf və mükafatıdır.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
رَّبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلرَّحۡمَٰنِۖ لَا يَمۡلِكُونَ مِنۡهُ خِطَابٗا
Göylərin, yerin və onların arasında olanların Rəbbi, həm dünyada, həm də axirətdə mərhəmətli olan Allahdır. Yerdə və göydə olanlardan heç biri Allahın izni olmadan Ondan bir şey istəməyə qadir olmayacaqlar.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
يَوۡمَ يَقُومُ ٱلرُّوحُ وَٱلۡمَلَٰٓئِكَةُ صَفّٗاۖ لَّا يَتَكَلَّمُونَ إِلَّا مَنۡ أَذِنَ لَهُ ٱلرَّحۡمَٰنُ وَقَالَ صَوَابٗا
Cəbrail və mələklər səf-səf duracaqları gün, Mərhəmətli Allahın kimsəyə şəfaətçilik etməsinə izin verdiyi kəslərdən və tovhid kimi haqq söz deyənlərdən başqa heç kəs danışmayacaqdır.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ذَٰلِكَ ٱلۡيَوۡمُ ٱلۡحَقُّۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ مَـَٔابًا
Sizə vəsf edilən o gün, vaqe olacağına şübhə olmayan bir gündür. Kim o gün Allahın əzabından qurtulmaq istəyirsə, qoy istədiyinə nail olmaq üçün Rəbbini razı salacaq saleh əməllər etsin.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
إِنَّآ أَنذَرۡنَٰكُمۡ عَذَابٗا قَرِيبٗا يَوۡمَ يَنظُرُ ٱلۡمَرۡءُ مَا قَدَّمَتۡ يَدَاهُ وَيَقُولُ ٱلۡكَافِرُ يَٰلَيۡتَنِي كُنتُ تُرَٰبَۢا
Ey insanlar! Biz sizi baş verəcək yaxın əzab barədə xəbərdar etdik. O gün insan dünyada nə əməllər etdiyini görəcək, kafir isə həmin gün heyvanlara: "Torpaq ol!"- deyildiyini gördükdə, əzabdan xilas olmaq üçün təmənna edib deyəcək: "Kaş mən də, bu heyvanlar kimi torpaq olaydım"
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• التقوى سبب دخول الجنة.
Allahdan qorxmaq Cənnətə daxil olmaq üçün səbəbdir.

• تذكر أهوال القيامة دافع للعمل الصالح.
Qiyamət günü baş verəcək dəhşətli hadisələri xatırlamaq insanı yaxşı işlər görməyə sövq etdirən amildir.

• قبض روح الكافر بشدّة وعنف، وقبض روح المؤمن برفق ولين.
Kafirin canının zorla və amansızcasına, möminin canının isə mülayim və rahat şəkildə alınması.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߖߊ߲߬ߖߏ߲
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߟߊߘߛߏߣߍ߲" ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߘߐ߫ ߊߛߙߌ߲ߞߊ߲ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲