Check out the new design

அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு * - மொழிபெயர்ப்பு அட்டவணை


மொழிபெயர்ப்பு அத்தியாயம்: தாஹா   வசனம்:
وَأَنَا ٱخۡتَرۡتُكَ فَٱسۡتَمِعۡ لِمَا يُوحَىٰٓ
Ey Musa! Risaləmi təbliğ etmək üçün səni seçmişəm. Elə isə sə­nə vəhy olunanı dinlə!
அரபு விரிவுரைகள்:
إِنَّنِيٓ أَنَا ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّآ أَنَا۠ فَٱعۡبُدۡنِي وَأَقِمِ ٱلصَّلَوٰةَ لِذِكۡرِيٓ
Həqiqətən, Mən Alla­ham! Məndən başqa ibadətə layiq olan heç bir məbud yox­­dur. Elə isə yalnız Mənə iba­dət et və Mə­ni xatır­lamaq üçün namazı kamil şəkildə yerinə yetir!
அரபு விரிவுரைகள்:
إِنَّ ٱلسَّاعَةَ ءَاتِيَةٌ أَكَادُ أُخۡفِيهَا لِتُجۡزَىٰ كُلُّ نَفۡسِۭ بِمَا تَسۡعَىٰ
Şübhəsiz ki, Qiyamət saatı vaqe olacaqdır. Buna əsla şəkk-şübhə ola bilməz. Heç bir məxluqun onun vaxtını bilməsin deyə az qala onun vaqe olacağı vaxtı gizlə­di­m. Lakin insanlar peyğəmbərin onlara Qiyamət saatının vaqe olacağı barədə xəbər verməsindən dolayı onun əlamətlərini bilirlər. Qiyamət saatı qopduqda isə hər kəs dünyada etdiyi xeyir və şər əməllərinin əvəzini (mükafatını və ya cəzasını) alacaqdır.
அரபு விரிவுரைகள்:
فَلَا يَصُدَّنَّكَ عَنۡهَا مَن لَّا يُؤۡمِنُ بِهَا وَٱتَّبَعَ هَوَىٰهُ فَتَرۡدَىٰ
Qoy kafirlərdən Qiyamətin vaqe olacağına inanmayan və günahlar etməkdə nəf­sinin istəklərinə uyan kəslər, sə­ni, onu təsdiq edib və saleh əməllər etməklə ona hazırlaşmaqdan əsla ya­yındırmasın, yox­sa bu səbəbdən həlak olarsan!
அரபு விரிவுரைகள்:
وَمَا تِلۡكَ بِيَمِينِكَ يَٰمُوسَىٰ
Sağ əlində olan şey nədir, ey Musa?"
அரபு விரிவுரைகள்:
قَالَ هِيَ عَصَايَ أَتَوَكَّؤُاْ عَلَيۡهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَـَٔارِبُ أُخۡرَىٰ
Musa - aleyhissəlam - dedi: "Bu mənim əsamdır. Yeriyərkən ona söykənir və onun­la qo­yunları üçün ağacdan yarpaq silkələ­yirəm. Ayrıca olaraq, mənim üçün onda söylədiklərimdən başqa faydalar da vardır".
அரபு விரிவுரைகள்:
قَالَ أَلۡقِهَا يَٰمُوسَىٰ
Uca Allah Musaya belə buyurdu: "Onu (əsanı yerə) yerə at, ey Musa!"
அரபு விரிவுரைகள்:
فَأَلۡقَىٰهَا فَإِذَا هِيَ حَيَّةٞ تَسۡعَىٰ
Musa əlində olan əsanı yerə atdı və o, bir anda sürətlə yeriyən ilana döndü.
அரபு விரிவுரைகள்:
قَالَ خُذۡهَا وَلَا تَخَفۡۖ سَنُعِيدُهَا سِيرَتَهَا ٱلۡأُولَىٰ
Uca Allah Musaya - aleyhissəlam - buyurdu: "Əsanı götür, onun ilana dönməsindən qorx­ma! Sən onu əlinə alan kimi, Biz onu əvvəlki halına qay­ta­raca­ğıq.
அரபு விரிவுரைகள்:
وَٱضۡمُمۡ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخۡرُجۡ بَيۡضَآءَ مِنۡ غَيۡرِ سُوٓءٍ ءَايَةً أُخۡرَىٰ
Əlini qoltuğunun altına sal, əlin oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən ikinci bir əlamət olaraq ağap­paq, heç bir lə­kə­siz çıxsın.
அரபு விரிவுரைகள்:
لِنُرِيَكَ مِنۡ ءَايَٰتِنَا ٱلۡكُبۡرَى
Ey Musa! Sənə göstərdiyimiz bu iki əlaməti, qüdrətimizə və sənin həqiqətən də Allah tərəfindən göndərilən bir peyğəmbər olduğuna dəlalət edən əzəmətli mö­cüzələrimizdən.
அரபு விரிவுரைகள்:
ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ
Ey Musa! Fironun yanına get! Çünki o, küfür etməkdə həddini aşmış və Allaha qarşı üsyan etmişdir.
அரபு விரிவுரைகள்:
قَالَ رَبِّ ٱشۡرَحۡ لِي صَدۡرِي
Musa - aleyhissəlam - dedi: "Ey Rəbbim! Bu yolda bütün məşəqqətlərə və əziyyətlərə tab gətirə bilmək üçün qəlbimi açıb genişlət!
அரபு விரிவுரைகள்:
وَيَسِّرۡ لِيٓ أَمۡرِي
Mənə işimi asanlaşdır!
அரபு விரிவுரைகள்:
وَٱحۡلُلۡ عُقۡدَةٗ مِّن لِّسَانِي
Mənə açıq-aydın, fəsahətli bir şəkildə danışmağı bəxş et ki,
அரபு விரிவுரைகள்:
يَفۡقَهُواْ قَوۡلِي
Sənin risalətini onlara təbliğ etdiyim zaman sözümü düzgün anlayıb, başa düşsünlər!
அரபு விரிவுரைகள்:
وَٱجۡعَل لِّي وَزِيرٗا مِّنۡ أَهۡلِي
Ailəmdən mənə bir yardımçı ver, işlərimdə mənə kömək olsun –
அரபு விரிவுரைகள்:
هَٰرُونَ أَخِي
Qardaşım İmran oğlu Harunu mənə yardımçı et!
அரபு விரிவுரைகள்:
ٱشۡدُدۡ بِهِۦٓ أَزۡرِي
Onunla gü­cümü artır!
அரபு விரிவுரைகள்:
وَأَشۡرِكۡهُ فِيٓ أَمۡرِي
Bu risalətini insanlara təbliğ etməkdə onu mənə şərik et ki,
அரபு விரிவுரைகள்:
كَيۡ نُسَبِّحَكَ كَثِيرٗا
Sənə çoxlu təriflər və həmd-sənalar deyək.
அரபு விரிவுரைகள்:
وَنَذۡكُرَكَ كَثِيرًا
Səni çox zikr edib, yada salaq.
அரபு விரிவுரைகள்:
إِنَّكَ كُنتَ بِنَا بَصِيرٗا
Şübhəsiz ki, Sən bizi gö­rürsən. Bizim heç bir işimiz sənə gizli qalmaz!"
அரபு விரிவுரைகள்:
قَالَ قَدۡ أُوتِيتَ سُؤۡلَكَ يَٰمُوسَىٰ
Uca Allah: "Ey Musa! Artıq istədiyini sənə verdik!" – deyə buyurdu.
அரபு விரிவுரைகள்:
وَلَقَدۡ مَنَنَّا عَلَيۡكَ مَرَّةً أُخۡرَىٰٓ
Sənə bundan əvvəl də nemət bəxş etmişdik.
அரபு விரிவுரைகள்:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• وجوب حسن الاستماع في الأمور المهمة، وأهمها الوحي المنزل من عند الله.
• Mühüm işlərdə gözəl bir şəkildə dinləmək gərəkdir. Bunların ən mühümü isə Uca Allahın nazil etdiyi vəhydir.

• اشتمل أول الوحي إلى موسى على أصلين في العقيدة وهما: الإقرار بتوحيد الله، والإيمان بالساعة (القيامة)، وعلى أهم فريضة بعد الإيمان وهي الصلاة.
• Musaya nazil edilən ilk ayələr, etiqad məsələlərində iki əsası özündə əhatə etmişdir. Bu iki əsas: Uca Allahın vəhdaniyyətini iqrar etmək və qiyamət saatını vaqe olacağına iman etməkdir. İmandan sonra ən mühüm fərz isə namazdır.

• التعاون بين الدعاة ضروري لإنجاح المقصود؛ فقد جعل الله لموسى أخاه هارون نبيَّا ليعاونه في أداء الرسالة.
• Hədəfə çatmaq üçün dəvətçilər arasında bir-biriləri ilə yardımlaşmaq zərurudir. Uca Allah, dini təbliğ etməkdə Musaya yardımçı olsun deyə qardaşı Harunu da peyğəmbər etmişdir.

• أهمية امتلاك الداعية لمهارة الإفهام للمدعوِّين.
• Dəvətçinin sahib olduğu ən önəmli xüsusiyyətlərdən biri də, dəvət etdiyi insanlara dəvətini anlatmaq məharətinə yiyələnməsidir.

 
மொழிபெயர்ப்பு அத்தியாயம்: தாஹா
அத்தியாயங்களின் அட்டவணை பக்க எண்
 
அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான அசர்பைஜானி மொழிபெயர்ப்பு - மொழிபெயர்ப்பு அட்டவணை

வெளியீடு அல்குர்ஆன் ஆய்வுகளுக்கான தப்ஸீர் மையம்

மூடுக