Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Azerice Tercümesi * - Mealler fihristi


Anlam tercümesi Ayet: (110) Sure: Sûratu'n-Nahl
ثُمَّ إِنَّ رَبَّكَ لِلَّذِينَ هَاجَرُواْ مِنۢ بَعۡدِ مَا فُتِنُواْ ثُمَّ جَٰهَدُواْ وَصَبَرُوٓاْ إِنَّ رَبَّكَ مِنۢ بَعۡدِهَا لَغَفُورٞ رَّحِيمٞ
Ey Peyğəmbər! Qəlbləri imanla arxayın olduğu halda küfr sözünü söyləyincəyə qədər müşriklərin işgəncəsinə məruz qalıb, onlar tərəfindən dinlərində imtahan edildikdən sonra Məkkədən Mədinəyə hicrət edən zülmə məruz qalan zəyif müsəlmanlara qarşı Rəbbin bağışlayan və rəhimilidir. Bu kimsələr, Allahın kəlməsi uca, kafirlərin kəlməsi isə alçaq olması üçün Allah yolunda cihad edən və bu yolda məşəqqətlərə səbir edən kimsələrdir. Həqiqətən, Rəbbin onlara edilən bu zülmdən və küfr kəlməsini söyləyincəyə qədər özlərinə verilən əzab-əziyyətdən sonra onları bağışlayar və onlara mərhəmət edər. Çünki onlar küfr sözünü əzab-əziyyətə və işgəncəyə məruz qaldıqları üçün söyləmişdilər!
Arapça tefsirler:
Bu sayfadaki ayetlerin faydaları:
• الترخيص للمُكرَه بالنطق بالكفر ظاهرًا مع اطمئنان القلب بالإيمان.
• Küfür sözünü söyləməyə məcbur edilən bir kimsənin, qəlbi imanla dolu olduğu bir halda özünü təhlükədən xilas etmək üçün zahirən həmin sözü söyləməsinin icazəli olması.

• المرتدون استوجبوا غضب الله وعذابه؛ لأنهم استحبوا الحياة الدنيا على الآخرة، وحرموا من هداية الله، وطبع الله على قلوبهم وسمعهم وأبصارهم، وجعلوا من الغافلين عما يراد بهم من العذاب الشديد يوم القيامة.
• Dindən dönüb mürtəd olan kimsələr, dünya hətyatını axirət həyatından üstün tutduqları üçün Allahın qəzəbinə və əzabına layiq bilinən və Allahın haqq yolundan məhrum olan kimsələrdir. Elə bu səbəbdən, Allah onların qəlblərinə, qulaqlarına və gözlərinə möhür vurmuş və onları qiyamət günü özlərinə veriləcək şiddətli əzabdan qafil etmişdir.

• كَتَبَ الله المغفرة والرحمة للذين آمنوا، وهاجروا من بعد ما فتنوا، وصبروا على الجهاد.
• Uca Allah iman gətirənləri, dində əzab-əziyyətə məruz qaldıqdan sonra Allah yolunda cihad edib və bu yolda səbir edənləri bağışlayıb və onlara rəhm edəcəyinə dair vəd vermişdir.

 
Anlam tercümesi Ayet: (110) Sure: Sûratu'n-Nahl
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Muhtasar Kur'an-ı Kerim Tefsiri Azerice Tercümesi - Mealler fihristi

Kur'an Araştırmaları Tefsir Merkezi Tarafından Yayınlanmıştır.

Kapat