Check out the new design

Kur'an-ı Kerim meal tercümesi - Azerice Tercüme - Alihan Musayev * - Mealler fihristi

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Anlam tercümesi Sure: Sûratu Meryem   Ayet:
يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٖۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيّٗا
(Yəhyaya da:) “Ey Yəhya! Kitabdan (Tövratdan) möhkəm yapış!”– (deyə vəhy etdik). Biz ona uşaq ikən hikmət bəxş etdik.
Arapça tefsirler:
وَحَنَانٗا مِّن لَّدُنَّا وَزَكَوٰةٗۖ وَكَانَ تَقِيّٗا
Ona Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi.
Arapça tefsirler:
وَبَرَّۢا بِوَٰلِدَيۡهِ وَلَمۡ يَكُن جَبَّارًا عَصِيّٗا
Ata-anasına qarşı da qayğıkeş idi; lovğa və asi deyildi.
Arapça tefsirler:
وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيّٗا
Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun!
Arapça tefsirler:
وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا
Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş
Arapça tefsirler:
فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا
və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuz (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu.
Arapça tefsirler:
قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا
(Məryəm) dedi: “Mən səndən Rəhmana sığınıram! Əgər müttəqisənsə (mənə toxunma)”.
Arapça tefsirler:
قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا
(Mələk) dedi: “Mən sənə pak bir oğlan bəxş etmək üçün Rəbbinin (göndərdiyi) elçisiyəm”.
Arapça tefsirler:
قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا
(Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, mənim necə övladım ola bilər?”
Arapça tefsirler:
قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا
(Mələk) dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir ayə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (əzəldən) hökmü verilmiş bir işdir”».
Arapça tefsirler:
۞ فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانٗا قَصِيّٗا
(Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə uzaq bir yerə çəkildi.
Arapça tefsirler:
فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا
Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!”
Arapça tefsirler:
فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا
(Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı.
Arapça tefsirler:
وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبٗا جَنِيّٗا
Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün.
Arapça tefsirler:
 
Anlam tercümesi Sure: Sûratu Meryem
Surelerin fihristi Sayfa numarası
 
Kur'an-ı Kerim meal tercümesi - Azerice Tercüme - Alihan Musayev - Mealler fihristi

Ali han Musayev tarafından tercüme edilmiştir. Rowad Tercüme Merkezi gözetiminde geliştirilmiştir. Orijinal tercüme, görüş bildirme, değerlendirme ve sürekli geliştirme amacıyla incelemeye açıktır.

Kapat