Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ ئازەربەيجانچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى سۈرە: دۇخان   ئايەت:
إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ
Şübhəsiz ki, Allahın qulları arasında ayırd etmə günü - qiyamət günü yaradılanların hamısı üçün müəyyən olunmuş vaxtdır ki, həmin vaxt Allah onları bir yerə toplayacaqdır.
ئەرەپچە تەپسىرلەر:
يَوۡمَ لَا يُغۡنِي مَوۡلًى عَن مَّوۡلٗى شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ
O gün qohum öz qohumuna, dost da öz dostuna nə fayda verə biləcək, nə də onlar Allahın əzabının qarşısını ala biləcəklər. Çünki o gün mülk yalnız Allaha məxsus olacaq və Ondan başqası buna iddialı ola bilməyəcək.
ئەرەپچە تەپسىرلەر:
إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ
Yalnız Allahın insanlardan rəhm etdiyi kim­sədən başqa! Həmin kimsə dünyada etdiyi yaxşı əməllərin faydasını görəcək. Həqiqətən, Allah Qüd­rət­li­dir, heç kəs Ona qalib gələ bilməz. Tövbə edən qullarına qarşı çox mərhəmətlidir.
ئەرەپچە تەپسىرلەر:
إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ
Allahın Cəhənnəmin özülündə bitirdiyi zəqqum ağacı
ئەرەپچە تەپسىرلەر:
طَعَامُ ٱلۡأَثِيمِ
Böyük günah sahibinin - kafirin yemə­yidir. O, bu ağacın iyrənc meyvəsindən yeyəcəkdir.
ئەرەپچە تەپسىرلەر:
كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ
Zəqqum ağacının meyvəsi, qara zeytun yağına bənzəyir. O həddən artıq qaynar olduğu üçün onların qarnında qaynayacaqdır.
ئەرەپچە تەپسىرلەر:
كَغَلۡيِ ٱلۡحَمِيمِ
Son dərəcə qaynar suyun qaynadığı ki­mi.
ئەرەپچە تەپسىرلەر:
خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ
Cəhənnəm zəbanilərinə belə buyurulacaq: "Onu tutub çox sərt və kobud şəkildə Cəhənnəmin ortasına doğru sürükləyərək aparın!
ئەرەپچە تەپسىرلەر:
ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ
Sonra əzab verilən bu kimsənin başına qaynar su tökün ki, əzabı səngiməsin!"
ئەرەپچە تەپسىرلەر:
ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ
Ona lağ edilərək deyiləcək: "Dad bu ağrılı-acılı əzabı! Sən ki qüdrətli - şəninə toxunulmaz, həm də, qövmün arasında hörmətə layiq birisi idin.
ئەرەپچە تەپسىرلەر:
إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ
Bu əzab, qiyamət günü vaqe olacağına şəkk etdiyiniz əzabdır. İndi siz onu öz gözlərinizlə görməklə artıq şübhəniz aradan qalxmışdır.
ئەرەپچە تەپسىرلەر:
إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ
Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Allahdan qorxanlar isə başlarına gələ biləcək hər bir xətərdən xatircəm olduqları bir yerdə olacaqlar.
ئەرەپچە تەپسىرلەر:
فِي جَنَّٰتٖ وَعُيُونٖ
Bağçalarda və axar çeşmələr başında olacaqlar!
ئەرەپچە تەپسىرلەر:
يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ
Onlar Cənnətdə incə və qalın ipəkdən libaslar geyəcək və qarşı-qarşıya əylə­şəcək­lər. Heç biri digərinə arxasını çevirməyəcəkdir.
ئەرەپچە تەپسىرلەر:
كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ
Bu deyilənləri onlara bəxş etməyimizlə yanaşı, hələ Cənnətdə onları, gözlərinin qarası qapqara, ağı da ağappaq olan iri ­gözlü gözəl qadınlarla evləndirəcəyik.
ئەرەپچە تەپسىرلەر:
يَدۡعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ
Onlar orada istədikləri hər növ meyvədən özlərinə gətirilməsi üçün xidmətçilərini yanlarına çağıracaqlar. Özləri də, bu meyvələrin tükənməyəcəyindən və xarab olmayacağından xatircəm olacaqlar.
ئەرەپچە تەپسىرلەر:
لَا يَذُوقُونَ فِيهَا ٱلۡمَوۡتَ إِلَّا ٱلۡمَوۡتَةَ ٱلۡأُولَىٰۖ وَوَقَىٰهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ
Onlar orada əbədi qalacaq və dünya həyatında daddıqları ilk ölüm­dən başqa orada heç bir ölüm dadmaya­caq­lar. Rəbbi on­ları Cəhənnəm əzabından qorumuşdur.
ئەرەپچە تەپسىرلەر:
فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
Sənin Rəbbindən onlara bir lütf və yaxşılıq olaraq. Bu zikr edilənlər - Allahın onları Cənnətə daxil etməsi və Cəhənnəm odundan qoruması, heç bir bənzəri olmayan bö­yük uğur­dur.
ئەرەپچە تەپسىرلەر:
فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ
Ey Peyğəmbər! Biz Quranı sənin ana dilində nazil etməklə asanlaş­dırdıq ki, bəlkə onlar öyüd-nə­si­hət qəbul edə­lər.
ئەرەپچە تەپسىرلەر:
فَٱرۡتَقِبۡ إِنَّهُم مُّرۡتَقِبُونَ
Sən özünün qalib gələcəyini, onların da həlak olacaqlarını gözlə! Şübhəsiz ki, onlar da, sənin həlak olacağını gözləyirlər.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• الجمع بين العذاب الجسمي والنفسي للكافر.
Kafirə həm cismi, həm də psixoloji əzab verilməsi.

• الفوز العظيم هو النجاة من النار ودخول الجنة.
Ən böyük uğur Cəhənnəm odundan qurtulub Cənnətə daxil olmaqdır.

• تيسير الله لفظ القرآن ومعانيه لعباده.
Uca Allah, Quranın oxunuşunu və mənasının anlamını Öz qulları üçün asanlaşdırmışdır.

 
مەنالار تەرجىمىسى سۈرە: دۇخان
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ ئازەربەيجانچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش