قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى ئايەت: (53) سۈرە: سۈرە ئەئراپ
هَلۡ يَنظُرُونَ إِلَّا تَأۡوِيلَهُۥۚ يَوۡمَ يَأۡتِي تَأۡوِيلُهُۥ يَقُولُ ٱلَّذِينَ نَسُوهُ مِن قَبۡلُ قَدۡ جَآءَتۡ رُسُلُ رَبِّنَا بِٱلۡحَقِّ فَهَل لَّنَا مِن شُفَعَآءَ فَيَشۡفَعُواْ لَنَآ أَوۡ نُرَدُّ فَنَعۡمَلَ غَيۡرَ ٱلَّذِي كُنَّا نَعۡمَلُۚ قَدۡ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ
Kafirlər yalnız axirətdə onlara ağrılı-acılı əzabın baş veriləcəyi xəbər­inin baş verməsini göz­lə­yir­lər. Onlara xəbər verilən ağrılı-acılı əzabın baş verməsi və möminlərə vəd edilən savabın gəlib yetişdiyi gün, dünya həyatında Quranı unu­dub, ona əməl etməyən kəslər de­yə­­cəklər: "Hə­qi­qətən də, Rəbbi­mizin el­çiləri heç bir şəkk-şübhə olmayan haqqı gətir­miş­dilər və onun Allahdan olması barədə heç bir şübhə yoxdur. Kaş, bizi əzabdan xilas etmək üçün Allah yanında bizim tərəfimizi sax­layan vasitəçilərimiz olaydı. Yaxud dünya həyatına geri qay­ta­rı­lıb etdiyimiz pis əməllərin əvəzinə saleh əməllər edib əzabdan canımızı qurtarardıq". Kafirlər etdikləri günahlar üzündən özlərini həlaka sürükləyərək ziyana uğradı­lar. Allahdan başqa ibadət etdikləri isə onlardan geyb oldu və onlara heç bir fayda verə bilmədilər.
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• القرآن الكريم كتاب هداية فيه تفصيل ما تحتاج إليه البشرية، رحمة من الله وهداية لمن أقبل عليه بقلب صادق.
• Qurani Kərim hidayət kitabıdır. Orada bəşəriyyətin ehtiyac duyduğu hər bir şey təfsilatlı izah edilmişdir. O kitab, ona səmimi qəlblə bağlı olan kimsə üçün Allahdan rəhmət və doğru yoldur.

• خلق الله السماوات والأرض في ستة أيام لحكمة أرادها سبحانه، ولو شاء لقال لها: كوني فكانت.
• Pak olan Allah göyləri və yeri dilədiyi bir hikmətə görə altı gündə xəlq etmişdir. Əgər Allah istəsəydi, onlara: "Ol!" –deyərdi, onlarda dərhal olardı.

• يتعين على المؤمنين دعاء الله تعالى بكل خشوع وتضرع حتى يستجيب لهم بفضله.
• Allah mömin qulunun duasını qəbul etməsi üçün onun Uca Allaha qorxu və yalvararaq dua etməsi vacibdir.

• الفساد في الأرض بكل صوره وأشكاله منهيٌّ عنه.
• Yer üzündə növündən aslı olmayaraq hər hansı bir fitnə-fəsad törətmək qadağan edilmişdir.

 
مەنالار تەرجىمىسى ئايەت: (53) سۈرە: سۈرە ئەئراپ
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - تەرجىمىلەر مۇندەرىجىسى

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

تاقاش