Check out the new design

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ ئازەربەيجانچە تەرجىمىسى * - تەرجىمىلەر مۇندەرىجىسى


مەنالار تەرجىمىسى سۈرە: ئىنشىقاق   ئايەت:

əl-İnşiqaq

سۈرىنىڭ مەقسەتلىرىدىن:
تذكير الإنسان برجوعه لربه، وبيان ضعفه، وتقلّب الأحوال به.
İnsana, Rəbbinin hüzuriuna qayıdacağını xatırlatmaq, ona zəif olduğunu və onun vəziyyətinin dəyişkən olduğunu ona bəyan etmək.

إِذَا ٱلسَّمَآءُ ٱنشَقَّتۡ
Mələklərin nazil olması üçün göy yarılacağı zaman,
ئەرەپچە تەپسىرلەر:
وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
Rəbbinin buyuruğunu eşidib Ona itaət etməyə hazır olacağı zaman,
ئەرەپچە تەپسىرلەر:
وَإِذَا ٱلۡأَرۡضُ مُدَّتۡ
Allah göy üzünü dümdüz etiyi kimi, yeri dümdüz edəcəyi zaman,
ئەرەپچە تەپسىرلەر:
وَأَلۡقَتۡ مَا فِيهَا وَتَخَلَّتۡ
İçindəki xəzinələri və ölüləri kənara atıb boşalacağı zaman,
ئەرەپچە تەپسىرلەر:
وَأَذِنَتۡ لِرَبِّهَا وَحُقَّتۡ
Rəbbinin buyuruğunu eşidib Ona itaət etməyə hazır olacağı zaman,
ئەرەپچە تەپسىرلەر:
يَٰٓأَيُّهَا ٱلۡإِنسَٰنُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدۡحٗا فَمُلَٰقِيهِ
Ey insan! Sən ya xeyirxah, ya da şər işlər görəcək, sonra qiyamət günü Allah sənə etdiyin əməllərin əvəzini versin deyə, Onun hüzuruna çıxacaqsan.
ئەرەپچە تەپسىرلەر:
فَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ
Kimin əməl dəftəri sağ əlinə veriləcəksə,
ئەرەپچە تەپسىرلەر:
فَسَوۡفَ يُحَاسَبُ حِسَابٗا يَسِيرٗا
Allah onun sorğu-sualını yüngül edəcək. Belə ki, ona etdiyi əməli barədə xəbər verəcək, lakin buna görə onu cəzalandırmayacaqdır.
ئەرەپچە تەپسىرلەر:
وَيَنقَلِبُ إِلَىٰٓ أَهۡلِهِۦ مَسۡرُورٗا
Sonra o sevincək halda öz ailəsinin yanına qayıdacaqdır.
ئەرەپچە تەپسىرلەر:
وَأَمَّا مَنۡ أُوتِيَ كِتَٰبَهُۥ وَرَآءَ ظَهۡرِهِۦ
Kimin də kitabı arxa tərəfindən sol əlinə veriləcəksə,
ئەرەپچە تەپسىرلەر:
فَسَوۡفَ يَدۡعُواْ ثُبُورٗا
O özünə ölüm diləyəcək.
ئەرەپچە تەپسىرلەر:
وَيَصۡلَىٰ سَعِيرًا
O, Cəhənnəm oduna düçar olacaq və onun hərarətindən əzab çəkəcəkdir.
ئەرەپچە تەپسىرلەر:
إِنَّهُۥ كَانَ فِيٓ أَهۡلِهِۦ مَسۡرُورًا
Həqiqətən də,o, dünyada ikən küfr və asilik etməklə öz ailəsinin yanında sevic içində idi.
ئەرەپچە تەپسىرلەر:
إِنَّهُۥ ظَنَّ أَن لَّن يَحُورَ
O, öldükdən sonra bir daha həyata qayıtmayacağını zənn edirdi.
ئەرەپچە تەپسىرلەر:
بَلَىٰٓۚ إِنَّ رَبَّهُۥ كَانَ بِهِۦ بَصِيرٗا
Xeyr, Allah onu ilk dəfə yaratdığı kimi yenidən həyata qaytaracaqdır. Həqiqətən də, Rəbbi onun hər bir halından xəbərdardır. Onun etdiyi əməllərdən heç bir şey Allaha gizlin qalamaz. Allah onu etdiyi əməllərin əvəzini verəcəkdir.
ئەرەپچە تەپسىرلەر:
فَلَآ أُقۡسِمُ بِٱلشَّفَقِ
Uca Allah, gün batdıqdan sonra üfüqdə görünən qızartıya and içir.
ئەرەپچە تەپسىرلەر:
وَٱلَّيۡلِ وَمَا وَسَقَ
Uca Allah həmçinin gecəyə və onun içindəkilərə and içir.
ئەرەپچە تەپسىرلەر:
وَٱلۡقَمَرِ إِذَا ٱتَّسَقَ
Uca Allah bütöv şəklə düşmüş bədirlənmiş aya da and içir.
ئەرەپچە تەپسىرلەر:
لَتَرۡكَبُنَّ طَبَقًا عَن طَبَقٖ
Ey insanlar! Siz mütləq haldan hala keçəcəksiniz - əvvəlcə nütfə olacaq, sonra qan laxtasına, daha sonra da ət parçasına çevriləcək, sonra həyata qədəm qoyacaq, sonra öləcək və nəhayət, diriləcəksiniz.
ئەرەپچە تەپسىرلەر:
فَمَا لَهُمۡ لَا يُؤۡمِنُونَ
Elə isə o kafirlərə nə olub ki, Allaha və Axirət gününə iman gətirmirlər?!
ئەرەپچە تەپسىرلەر:
وَإِذَا قُرِئَ عَلَيۡهِمُ ٱلۡقُرۡءَانُ لَا يَسۡجُدُونَۤ۩
Onlara Quran oxunduqda özlərinin Rəbbinə səcdə etmirlər?!
ئەرەپچە تەپسىرلەر:
بَلِ ٱلَّذِينَ كَفَرُواْ يُكَذِّبُونَ
Əksinə, kafirlər özlərinə göndərilmiş elçinin gətirdiyi risaləti təkzib edirlər.
ئەرەپچە تەپسىرلەر:
وَٱللَّهُ أَعۡلَمُ بِمَا يُوعُونَ
Allah onların qəlblərində nəyi gizlətdiklərini yaxşı bilir. Onların etdikləri əməllərdən heç bir şey Allaha gizli qalmaz.
ئەرەپچە تەپسىرلەر:
فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٍ
Ey Peyğəmbər! Elə isə sən o kafirlərə onları gözləyən ağrılı-acılı əzab barədə xəbər ver!
ئەرەپچە تەپسىرلەر:
بۇ بەتتىكى ئايەتلەردىن ئېلىنغان مەزمۇنلار:
• خضوع السماء والأرض لربهما.
Göyün və yerin öz Rəbbinə boyun əyməsi.

• كل إنسان ساعٍ إما لخير وإما لشرّ.
Hər bir insan ya xeyirxah, ya da şər işlər görməyə səy göstərir.

• علامة السعادة يوم القيامة أخذ الكتاب باليمين، وعلامة الشقاء أخذه بالشمال.
Qiyamət günü xoşbəxtliyin əlaməti kitabı sağ əl ilə, bədbəxtliyin əlaməti isə onu sol əl ilə almaqdır.

 
مەنالار تەرجىمىسى سۈرە: ئىنشىقاق
سۈرە مۇندەرىجىسى بەت نومۇرى
 
قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى - قۇرئان كەرىم قىسقىچە تەپسىرىنىڭ ئازەربەيجانچە تەرجىمىسى - تەرجىمىلەر مۇندەرىجىسى

قۇرئان تەتقىقاتى تەپسىر مەركىزى چىقارغان.

تاقاش