Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አልን ኑር   አንቀጽ:

ən-Nur

ከመዕራፉ ዓላማዎች:
الدعوة إلى العفاف وحماية الأعراض.
İffətli olmağa dəvət etmək və namusları qorumaq.

سُورَةٌ أَنزَلۡنَٰهَا وَفَرَضۡنَٰهَا وَأَنزَلۡنَا فِيهَآ ءَايَٰتِۭ بَيِّنَٰتٖ لَّعَلَّكُمۡ تَذَكَّرُونَ
Bu, nazil etdiyimiz, hökmlərinə əməl etməyi sizə vacib bu­yurduğumuz, düşünüb, bu surədə olan əhkamlara əməl edəsiniz deyə içərisində açıq-aydın ayələr nazil etdiyimiz bir surədir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ٱلزَّانِيَةُ وَٱلزَّانِي فَٱجۡلِدُواْ كُلَّ وَٰحِدٖ مِّنۡهُمَا مِاْئَةَ جَلۡدَةٖۖ وَلَا تَأۡخُذۡكُم بِهِمَا رَأۡفَةٞ فِي دِينِ ٱللَّهِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ وَلۡيَشۡهَدۡ عَذَابَهُمَا طَآئِفَةٞ مِّنَ ٱلۡمُؤۡمِنِينَ
Bakirə olub zina edən qadın və kişi­nin hər birinə yüz çu­buq vu­run. Əgər Allaha və axi­rət gü­­nü­nə inanırsınızsa, nəbadə zina edən o iki kimsəyə qarşı qəlbinizdə duyduğunuz acı və mərhəmət hissləriniz hədd cəzasını onlar üzərinə tətbiq edilməsinə və ya bu cəzanı yüngülləşdirməyə əsla sövq etməsin. Onlara verilən bu cəzaya şahid olmaq, həm o iki zinakarı, həmdə ki, başqalarını bu çirkin əməldən çəkindirmək üçün qoy mö­minlər­dən bir dəstə on­la­ra verilən əzaba şahid ol­sun.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ٱلزَّانِي لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوۡ مُشۡرِكَةٗ وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوۡ مُشۡرِكٞۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلۡمُؤۡمِنِينَ
Uca Allah, zinanın çirkin bir əməl olmasından dolayı, zinaya alışan bir kişinin ancaq özü kimi zina­ edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir qadınla evlə­nmək istədiyini və həmçinin zinaya alışan bir qadının da özü kimi zina edən ya da onunla evlənilməsi icazə olmayan və özünü zinadan qorumayan müşrik bir kişi ilə evlə­nmək istədiyini xəbər vermişdir. Həm zina­kar qadınla evlənmək, həm də zina­kar bir kişini evləndirmək mömin­lərə ha­ram edilmişdir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَٱلَّذِينَ يَرۡمُونَ ٱلۡمُحۡصَنَٰتِ ثُمَّ لَمۡ يَأۡتُواْ بِأَرۡبَعَةِ شُهَدَآءَ فَٱجۡلِدُوهُمۡ ثَمَٰنِينَ جَلۡدَةٗ وَلَا تَقۡبَلُواْ لَهُمۡ شَهَٰدَةً أَبَدٗاۚ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ
Ey qazılar və ya hökm sahibləri! Namuslu, iffətli qadın və kişiləri zinada gü­nah­lan­dırıb, sonra atdıqları bu zina iftirasına dair dörd şa­hid gə­tirə bil­­mə­yən kəs­lərə səksən çu­buq vurun və onların şa­hid­li­yini əbədiyyən qəbul etməyin. Namuslu, iffətli qadın və kişilərin zina etdiklərinə dair iftira atanlar, Allahın itaətində çıxmış kimsələrdir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِلَّا ٱلَّذِينَ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
Yalnız bundan sonra Allaha tövbə edərək əməllərini islah edən şəxslər bundan müstəsnadır. Şübhəsiz ki, Allah onların tövbələrini və şəhadətlərini qəbul edər. Çünki Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı mərhəmətlidir!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَٱلَّذِينَ يَرۡمُونَ أَزۡوَٰجَهُمۡ وَلَمۡ يَكُن لَّهُمۡ شُهَدَآءُ إِلَّآ أَنفُسُهُمۡ فَشَهَٰدَةُ أَحَدِهِمۡ أَرۡبَعُ شَهَٰدَٰتِۭ بِٱللَّهِ إِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ
Arvadlarını zinada gü­nah­landırıb və arvadını günahlandırdığı şeyin doğru olmasına dair öz­lərindən başqa şa­hid­ləri ol­mayanların kişilərə gəlincə, onlardan hər biri, arvadını günahlandırdığı zinada özünün doğru da­nı­şanlardan ol­masına dair dörd dəfə (əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) Allahı şahid tutmalıdır.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَٱلۡخَٰمِسَةُ أَنَّ لَعۡنَتَ ٱللَّهِ عَلَيۡهِ إِن كَانَ مِنَ ٱلۡكَٰذِبِينَ
Sonra, əgər kişi arvadını zinada günahlandırdığına görə, o, ya­lan da­nı­şanlardandırsa, özünə bəd dua edərək beşinci şəhadətində Allahın lənətinin öz üzərinə olması üçün şahidlik etməlidir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَيَدۡرَؤُاْ عَنۡهَا ٱلۡعَذَابَ أَن تَشۡهَدَ أَرۡبَعَ شَهَٰدَٰتِۭ بِٱللَّهِ إِنَّهُۥ لَمِنَ ٱلۡكَٰذِبِينَ
Bu şəkildə qadın hədd cəzasını ozündən uzaqlaşdırma hüququ vardır. Əgər qadın, ərinin onu zinada günahlandıran ərinin yalan da­nışan­lardan olduğuna dair dörd də­fə Allahı şahid tutarsa bu zaman o hədd cəzasını özündən dəf etmiş olar.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَٱلۡخَٰمِسَةَ أَنَّ غَضَبَ ٱللَّهِ عَلَيۡهَآ إِن كَانَ مِنَ ٱلصَّٰدِقِينَ
Sonra, əgər kişi arvadını zinada günahlandırdığına görə o doğru da­nı­şanlardandırsa, qadın özünə bəd dua edərək beşinci şəhadətində Allahın qəzəbinin öz üzərinə olması üçün şahidlik etməlidir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ وَأَنَّ ٱللَّهَ تَوَّابٌ حَكِيمٌ
Ey İnsanlar! Əgər Allahın sizə qarşı lütfü və mər­hə­məti olmasaydı, qullarından tövbə edənlərin tövbəsini qəbul edən, işlərində və şəri hökmlərində hikmət sahibi olmasaydı, bu zaman günahkarlara cəza verməyə və etdikləri günahları insanlara bəyan edib, onları insanlar arsaında rəzil və rüsvay etməyə tələsərdi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• التمهيد للحديث عن الأمور العظام بما يؤذن بعظمها.
• Böyük işlərlə əlaqəli sözlərə giriş sözü ilə başlamaq, o işlərin nə qədər böyük olduğunu xəbər verir.

• الزاني يفقد الاحترام والرحمة في المجتمع المسلم.
• Zinakar kimsə, müsəlman cəmiyyətində ona qarşı olan ehtiram və mərhəməti itirmiş bir kimsədir.

• الحصار الاجتماعي على الزناة وسيلة لتحصين المجتمع منهم، ووسيلة لردعهم عن الزنى.
• Cəmiyyətdə zinakarlara qarşı təzyiq göstərmək, həm cəmiyyəti onlardan qorumağa, həm də ki, onları zinadan çəkindirməyə vasitədir.

• تنويع عقوبة القاذف إلى عقوبة مادية (الحد)، ومعنوية (رد شهادته، والحكم عليه بالفسق) دليل على خطورة هذا الفعل.
• İftira yaxan kimsəni maddi (hədd, səksən çubuq) və mənəvi (əbədiyyən şəhadətinin qəbul edilməməsi və ona fasiq damğası vurulması) cəza ilə cəzalandırılması onun etdiyi əməlin nə qədər təhlükəli olduğuna dəlildir.

• لا يثبت الزنى إلا ببينة، وادعاؤه دونها قذف.
• Zina yalnız dəlillərə əsasən isbat edilir. Dəlilsiz bir şəkildə kiminsə zina etdiyini iddia etmək böhtan atmaqdır.

 
የይዘት ትርጉም ምዕራፍ: አልን ኑር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት