Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አስ ሷፋት   አንቀጽ:
فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ
Qövmü onu yalançı say­dı. Elə bu günahlarına görə də, onlar əzaba düçar olacaqlar.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
Yalnız onun qövmündən mömin olmuş Allaha ixlasla ibadət etmiş kimsələrdən başqa. Belələri, əzaba düçar olmaqdan qurtulacaqlar.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
Biz onun üçün, sonra gələn nəsillər arasında gözəl təriflər və xoş xatirələr saxladıq.
የአረብኛ ቁርኣን ማብራሪያ:
سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ
İlyasa Allahdan salam və təriflər olsun!
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
Biz İlyası bu gözəl mükafatla mükafatlandırdığımız kimi, yaxşı əməl sahiblərini də, özlərinin Rəbbinə itaət etdiklərinə görə belə mükafatlandıracağıq.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
Həqiqətən, İlyas Rəbbinə sidq-ürəklə iman gətirmiş həqiqi mömin qullarımızdan idi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَإِنَّ لُوطٗا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ
Şübhəsiz ki, Lut da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ
Bir zaman Biz onu və bütün ai­ləsini qövmünə göndərdiyimiz əzabdan xilas etdiyimizi xatırla.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ
Yalnız onun zövcəsindən başqa. O qadın da, qövmünün düçar olacağı əzaba düçar olmuşdu. Çünki o, onlar kimi kafir idi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ
Sonra Biz onun qövmündən yerdə qalanları - onu yalançı sayanları və onun gətirdiyi risaləti təsdiq etməyənləri məhv etdik.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ
Ey Məkkə əhli, siz Şama səfər edərkən, səhər çağı on­la­rın məhv olduğu yerdən keçirsiniz.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ
Həmçinin, axşam çağı da, onların yanından keçirsiniz. Mə­gər anla­mırsınız və onların haqqı yalan saydıqdan, küfr etdikdən və əvvəlki nəsillərdən heç kəsin etmədiyi fahişəliyi etdikdən sonra, onların başına gələnlərdən ibrət almırsınız?!
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
Şübhəsiz ki, qulumuz Yunis da, Allahın öz qövmlərinə müjdə verən və qorxudan olaraq göndərdiyi elçilərindən biri idi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ
Bir zaman o, Rəbbinin izni olmadan qövmünün (küfründən) qaçıb insanlar və əşyalarla dolu bir gəmiyə minmişdi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ
Gəmi dolu olduğundan az qala batacaqdı. Gəmidəkilər insan sayının həddən ziyadə olduğundan dolayı, gəminin batacağından qorxduqlarına görə, öz aralarından bəzilərini dənizə atmaq üçün püşk atmaq qərarına gəldilər. Yunus uduzanlar arasında idi. Odur ki, onu da dənizə atdılar.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ
Onlar onu dənizə atdıqda ba­lıq onu tutub udmuşdu. O vaxt o, Rəbbinin izni olmadan dənizə çıxdığına görə qınanmağa layiq idi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ
Əgər Yunis bu hadisədən öncə Allahı çox zikr edənlərdən olmasaydı, habelə, balığın qarnında Allahı yad edib, Onun şəninə təriflər deməsəydi,
የአረብኛ ቁርኣን ማብራሪያ:
لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
balığın qarnında qiyamət gününə qədər qalardı. Belə ki, balığın qarnı onun üçün qəbir olardı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
۞ فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ
O, balığın qarnında uzun müddət qaldığına görə, halsız olduğu vəziy­yətdə, Biz onu balığın qarnından çıxardıb, heç bir ağac və tikili olmayan boş bir sahəyə atdıq.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ
Və o boş sahədə onun üstünə kölgə salmaq üçün, üstəlik onun meyvəsindən yesin deyə, qabaq növündən iriyarpaqlı bir ağac bitirdik.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ
Biz onu sayı yüz min, hətta daha çox olan bir qövmünə peyğəmbər gön­dər­dik.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ
Onlar ona iman gətir­di­lər və onun gətridiyi (risaləti) təsdiqlədilər, Allah da onlara dünya həyatında əcəlləri yetişənədək firavanlıq nəsib etdi.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ
Ey Muhəmməd, müşriklərə inkar edərək soruş: “Yoxsa, xoşlamadığınız qız­ları Allaha, sevdiyiniz oğ­lan­ları isə özünüzə nisbət edirsiniz?! Bu nə cür bölgüdür?!”
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَمۡ خَلَقۡنَا ٱلۡمَلَٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ
Onlar mələklərin yaradılışında iştirak etmədikləri və bunu görmədikləri halda, onların di­şi olduğunu necə iddia edə bilərlər?!
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ
Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ
Müşriklər Allaha qarşı yalan danışaraq və Ona iftira ataraq Onun övladının olduğunu iddia edirlər. Onların bu iddiası yalandır.
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ
Məgər Allah onların nifrət etdiyi qızları Özü üçün seçib, onların sevdiyi oğlanlardan üstünmü tutmuş­dur?! Əsla belə deyildir.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• سُنَّة الله التي لا تتبدل ولا تتغير: إنجاء المؤمنين وإهلاك الكافرين.
Allahın əvəzedilməz və dəyişilməz qanunu belədir ki, möminlər qurtuluşa, kafirlər isə həlaka məhkumdurlar.

• ضرورة العظة والاعتبار بمصير الذين كذبوا الرسل حتى لا يحل بهم ما حل بغيرهم.
Elçiləri yalançı sayan kimsələrin başına gəlmiş müsibətlərdən ibrət almaq gərəkdir ki, onların başına gələnlər, bunların da başına gəlməsin.

• جواز القُرْعة شرعًا لقوله تعالى: ﴿ فَسَاهَمَ فَكَانَ مِنَ اْلْمُدْحَضِينَ ﴾.
Uca Allahın: ﴾o, püşk atmış və uduzanlardan olmuşdu﴿ ayəsinə əsasən şəriətdə püşk atmağın caiz olması.

 
የይዘት ትርጉም ምዕራፍ: አስ ሷፋት
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በአዜርባይጃንኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት