Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የአዘርባይጃንኛ ትርጉም - ዐሊይ ኻን ሙሳዬቭ * - የትርጉሞች ማዉጫ

PDF XML CSV Excel API
Please review the Terms and Policies

የይዘት ትርጉም ምዕራፍ: ጋፊር   አንቀጽ:
وَلَقَدۡ جَآءَكُمۡ يُوسُفُ مِن قَبۡلُ بِٱلۡبَيِّنَٰتِ فَمَا زِلۡتُمۡ فِي شَكّٖ مِّمَّا جَآءَكُم بِهِۦۖ حَتَّىٰٓ إِذَا هَلَكَ قُلۡتُمۡ لَن يَبۡعَثَ ٱللَّهُ مِنۢ بَعۡدِهِۦ رَسُولٗاۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَنۡ هُوَ مُسۡرِفٞ مُّرۡتَابٌ
Daha öncə Yusif sizə açıq-aydın dəlillər gətirmişdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam edirdiniz. Nəhayət, o, vəfat etdikdə: “Allah ondan sonra elçi göndərməyəcək!”– dediniz. Allah həddi aşan, şübhə edən kimsəni belə azdırar.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِ ٱللَّهِ بِغَيۡرِ سُلۡطَٰنٍ أَتَىٰهُمۡۖ كَبُرَ مَقۡتًا عِندَ ٱللَّهِ وَعِندَ ٱلَّذِينَ ءَامَنُواْۚ كَذَٰلِكَ يَطۡبَعُ ٱللَّهُ عَلَىٰ كُلِّ قَلۡبِ مُتَكَبِّرٖ جَبَّارٖ
O kəslər ki, özlərinə bir dəlil gəlmədiyi halda, Allahın ayələri barəsində mücadilə edirlər. Bu, həm Allah yanında, həm də iman gətirənlər yanında nifrət artırar. Allah hər bir təkəbbürlünün və zalımın qəlbini belə möhürləyər.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ فِرۡعَوۡنُ يَٰهَٰمَٰنُ ٱبۡنِ لِي صَرۡحٗا لَّعَلِّيٓ أَبۡلُغُ ٱلۡأَسۡبَٰبَ
Firon dedi: “Ey Haman! Mənim üçün uca bir qüllə tik ki, bəlkə yollara çatım –
የአረብኛ ቁርኣን ማብራሪያ:
أَسۡبَٰبَ ٱلسَّمَٰوَٰتِ فَأَطَّلِعَ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّي لَأَظُنُّهُۥ كَٰذِبٗاۚ وَكَذَٰلِكَ زُيِّنَ لِفِرۡعَوۡنَ سُوٓءُ عَمَلِهِۦ وَصُدَّ عَنِ ٱلسَّبِيلِۚ وَمَا كَيۡدُ فِرۡعَوۡنَ إِلَّا فِي تَبَابٖ
göylərin yollarına (çatım) və Musanın İlahını görüm. Çünki mən onun yalançı olduğunu zənn edirəm!” Beləcə Firona pis əməli gözəl göstərildi və o, yoldan azdırıldı. Fironun hiyləsi boşa çıxdı.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَقَالَ ٱلَّذِيٓ ءَامَنَ يَٰقَوۡمِ ٱتَّبِعُونِ أَهۡدِكُمۡ سَبِيلَ ٱلرَّشَادِ
İman gətirən (o kişi) dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim.
የአረብኛ ቁርኣን ማብራሪያ:
يَٰقَوۡمِ إِنَّمَا هَٰذِهِ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا مَتَٰعٞ وَإِنَّ ٱلۡأٓخِرَةَ هِيَ دَارُ ٱلۡقَرَارِ
Ey qövmüm! Bu dünya həyatı fani bir zövqdür, axirət isə əbədi qərar tutulacaq yurddur.
የአረብኛ ቁርኣን ማብራሪያ:
مَنۡ عَمِلَ سَيِّئَةٗ فَلَا يُجۡزَىٰٓ إِلَّا مِثۡلَهَاۖ وَمَنۡ عَمِلَ صَٰلِحٗا مِّن ذَكَرٍ أَوۡ أُنثَىٰ وَهُوَ مُؤۡمِنٞ فَأُوْلَٰٓئِكَ يَدۡخُلُونَ ٱلۡجَنَّةَ يُرۡزَقُونَ فِيهَا بِغَيۡرِ حِسَابٖ
Kim bir pis iş etsə, o, ancaq etdiyi pislik qədər cəza alar. Mömin olduğu halda yaxşı iş görən kişilər və qadınlar isə Cənnətə daxil olub orada hesabsız ruziyə nail olarlar.
የአረብኛ ቁርኣን ማብራሪያ:
 
የይዘት ትርጉም ምዕራፍ: ጋፊር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የአዘርባይጃንኛ ትርጉም - ዐሊይ ኻን ሙሳዬቭ - የትርጉሞች ማዉጫ

በዐሊይ ኻን ሙሳይቭ የተተረጎመ። በሩዋድ የትርጉም ማእከል ቁጥጥር ስር ተጠናቋል፣ ዋናው የትርጉም ቅጅም ለአስተያየቶች፣ ተከታታይ ግምገማ እና መሻሻል ቀርቧል።

መዝጋት