ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (18) سورة: ابراهيم
مَّثَلُ ٱلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡۖ أَعۡمَٰلُهُمۡ كَرَمَادٍ ٱشۡتَدَّتۡ بِهِ ٱلرِّيحُ فِي يَوۡمٍ عَاصِفٖۖ لَّا يَقۡدِرُونَ مِمَّا كَسَبُواْ عَلَىٰ شَيۡءٖۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلۡبَعِيدُ
Kafirlərin sədəqə vermək, insanlara yaxşılıq və zəyiflərə mərhəmət etmək kimi etdikləri yaxşı əməllərinin misalı qa­sır­ğanın şiddətli olduğu bir gündə kü­ləyin şiddətlə sovur­duğu külə bən­zə­yir ki, külək də onu şiddətli bir şəkildə havaya sovurar və ondan heç bir əsər-əlamət qalmayana qədər onu hər tərəfə yayıb səpələyər. Kafirlərin əməlləridə belədir. Onların etdikləri küfür əməlləri, dünyada ikən etdikləri yaxşı əməllərini puç edər. Beləliklə də etdikləri yaxşı əməlləri qiyamət günü onlara heç bir faydası olmaz. İman təməli üzərində edilməyən hər bir əməl haqq yoldan azmaq və zəlalətdir.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• أن الأنبياء والرسل بشرٌ من بني آدم، غير أن الله تعالى فضلهم بحمل الرسالة واصطفاهم لها من بين بني آدم.
• Şübhəsiz ki, elçilər və peyğəmbərlər də Adəm övladından olan bir bəşərdirlər. Lakin Allah onları diğər Adəm övladları içərisindən seçib onlara risalət bəxş etməklə başqalarından üstün etmişdir.

• على الداعية الذي يريد التغيير أن يتوقع أن هناك صعوبات جَمَّة سوف تقابله، ومنها الطرد والنفي والإيذاء القولي والفعلي.
• İnsanların haqqa gəlməsini istəyən hər bir dəvətçi kimsə, dəvət yolunda: qovulmaq, sürgün edilmək, söz və ya əməl ilə əziyyət verilmək kimi qarşılaşacağı çətinlikləri əvvəlcədən bilməlidir.

• أن الدعاة والصالحين موعودون بالنصر والاستخلاف في الأرض.
• Həqiqətən dəvətçilərə və saleh kimsələrə, yer üzərində xəlifə təyin ediləcəklərinə və həmçinin onlara yardım olunacaqlarına dair vəd edilmişdilər.

• بيان إبطال أعمال الكافرين الصالحة، وعدم اعتبارها بسبب كفرهم.
• Kafirlərin dünyada ikən etdikləri saleh əməllərinin batıl olmasının və etdikləri küfür səbəbindən saleh əməllərinin onlara heç bir faydası olmamasının bəyanı.

 
ترجمة معاني آية: (18) سورة: ابراهيم
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق