ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (95) سورة: الإسراء
قُل لَّوۡ كَانَ فِي ٱلۡأَرۡضِ مَلَٰٓئِكَةٞ يَمۡشُونَ مُطۡمَئِنِّينَ لَنَزَّلۡنَا عَلَيۡهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكٗا رَّسُولٗا
Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Əgər yer üzündə yaşayanlar və orada sizin kimi arxa­yın gə­zib dolaşanlar mə­ləklər ol­saydı, əlbəttə, Biz onlara öz cinslərindən olan bir mələk elçi göndə­rər­dik. Çünki bu zaman yalnız mələk onlara göndərilən şeyi anlada bilərdi. Əgər yer üzündə mələklər olsaydı, onlara bəşərdən olan bir elçi göndərməyimiz də hikmətdən olmazdı. Sizində halınız belədir!"
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• بيَّن الله للناس في القرآن من كل ما يُعْتَبر به من المواعظ والعبر والأوامر والنواهي والقصص؛ رجاء أن يؤمنوا.
• Uca Allah insanların iman etmələri üçün Quranda ibrət alınan hər bir öyüd-nəsihəti, əmrləri, qadağaları və hekayələri onlara açıq-aydın bəyan etmişdir.

• القرآن كلام الله وآية النبي الخالدة، ولن يقدر أحد على المجيء بمثله.
• Quran Allahın kəlamıdır və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) əbədi möcüzəsidir. Heç bir kimsə bu möcüzənin bir bənzərini gətirməyə gücü yetməz.

• من رحمة الله بعباده أن أرسل إليهم بشرًا منهم، فإنهم لا يطيقون التلقي من الملائكة.
• İnsanlara öz cinslərindən olan elçilər göndərilməsi Uca Allahın qullarına olan rəhmətindən biridir. Əgər Allaha insanlara mələklərdən elçilər göndərmiş olsaydı bu zaman insanlar mələklərdən dini biligiləri əldə edə bilməzdilər.

• من شهادة الله لرسوله ما أيده به من الآيات، ونَصْرُه على من عاداه وناوأه.
• Uca Allah Öz Peyğəmbərini (sallallahu aleyhi və səlləm) möcüzələrlə təsdiqləməsi, Peyğəmbərə (sallallahu aleyhi və səlləm) düşmənçilik və qəzəb edənlərə qarşı ona yardım etməsi, uca Allahın Muhəmməd Peyğəmbərin (sallallahu aleyhi və səlləm) həqiqətən də Öz tərəfindən göndərilən bir elçi olduğuna şahidlik etməsidir.

 
ترجمة معاني آية: (95) سورة: الإسراء
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق