ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (97) سورة: آل عمران
فِيهِ ءَايَٰتُۢ بَيِّنَٰتٞ مَّقَامُ إِبۡرَٰهِيمَۖ وَمَن دَخَلَهُۥ كَانَ ءَامِنٗاۗ وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلۡبَيۡتِ مَنِ ٱسۡتَطَاعَ إِلَيۡهِ سَبِيلٗاۚ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ
O evdə, dini ayinlərin icrası kimi bu evin şərəfli və fəzilətli olmasına dəlalət edən açıq-aydln nişanələr vardır. Bu nişanələrdən biri də, İbrahim, Kəbənin divarını qaldırmaq istədikdə ayağının altına qoyub üzərində durduğu daşın olması. Ora daxil olan kimsənin qəlbindən qorxunun getməsi və həmçinin ona heç bir zərərin toxunmamasıdır. Ora­ da­xil olan kəs əmin-amanlıqda olar. İnsanlardan Kəbəyə getməyə qadir olan kimsənin, həcc ayinlərini yerinə yetirmək üçün bu evi zi­ya­rət et­məsi Allahın in­san­lar üzərindəki haqqıdır. Kim həccin vacibliyini inkar edərsə, bilsin ki, Alla­hın o kafirə və bütün aləmlərə heç bir eh­ti­ya­cı yoxdur.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• كَذِبُ اليهود على الله تعالى وأنبيائه، ومن كذبهم زعمهم أن تحريم يعقوب عليه السلام لبعض الأطعمة نزلت به التوراة.
• Yəhudilərin uca Allah və Onun peyğəmbərləri barədə yalan söyləmələri. Onların bu yalanlarından biri də, Yəqubun - aleyhissəlam - Tövratda halal edilən bəzi təamları özünə haram etməsidir.

• أعظم أماكن العبادة وأشرفها البيت الحرام، فهو أول بيت وضع لعبادة الله، وفيه من الخصائص ما ليس في سواه.
• İbadət üçün yerlərin ən əzəmətlisi və ən şərəflisi Kəbə evidir. O ev, Allaha ibadət etmək üçün ilk bina olunan evdir və orada başqa yerlərindən fərqli olaraq müəyyən xüsusiyyətlər vardır.

• ذَكَرَ الله وجوب الحج بأوكد ألفاظ الوجوب تأكيدًا لوجوبه.
• Allah həccin vacib olmasının təkidliyini, onun vacibliyinə dəlalət edən ən təkidli sözlərlə bildirmişdir.

 
ترجمة معاني آية: (97) سورة: آل عمران
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق