للإطلاع على الموقع بحلته الجديدة

ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (20) سورة: الأحزاب
يَحۡسَبُونَ ٱلۡأَحۡزَابَ لَمۡ يَذۡهَبُواْۖ وَإِن يَأۡتِ ٱلۡأَحۡزَابُ يَوَدُّواْ لَوۡ أَنَّهُم بَادُونَ فِي ٱلۡأَعۡرَابِ يَسۡـَٔلُونَ عَنۡ أَنۢبَآئِكُمۡۖ وَلَوۡ كَانُواْ فِيكُم مَّا قَٰتَلُوٓاْ إِلَّا قَلِيلٗا
O qorxaqlar müttəfiqlərin Rəsulullaha (səllallahu aleyhi və səlləm) və möminlərə qarşı vuruşacaqlarını və möminlərin kökünü kəsməyincə əsla çıxıb ge­məyəcəklərini zənn edir­lər. Əgər müt­tə­fiqlər bir daha hücum etmiş olsaydılar, o münafiqlər Mədinədən çıxıb bə­dəvilər ara­sın­da kö­çəri həyat sürər və düşmənlə döyüşdən sonra başınıza nələr gəldiyi barədə xəbərləri soruşub öy­rənmək is­tə­yərdilər. Ey möminlər! Əgər onlar ara­nızda olsaydılar, sadəcə bir az döyüşərdilər. Odur ki, onlara məhəl qoymayın və onlara görə heyifsilənməyin.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• الآجال محددة؛ لا يُقَرِّبُها قتال، ولا يُبْعِدُها هروب منه.
Hər kəsin əcəli əzəldən müəyyən edilmişdir. Nə cihadda döyüşmək əcəlin vaxtını tezləşdirə bilər, nə də döyüşdən qaçmaq onun vaxtını təxirə sala bilər.

• التثبيط عن الجهاد في سبيل الله شأن المنافقين دائمًا.
Allah yolunda olan cihaddan yayınmaq münafiqlərin xasiyyətidir.

• الرسول صلى الله عليه وسلم قدوة المؤمنين في أقواله وأفعاله.
Rəsulullah (səllallahu aleyhi və səlləm) həm söylədikləri, həm də əməlləri ilə möminlərə nümunədir.

• الثقة بالله والانقياد له من صفات المؤمنين.
Allaha arxayın olmaq və ona boyun əymək möminlərin vəsflərindəndir.

 
ترجمة معاني آية: (20) سورة: الأحزاب
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

صادرة عن مركز تفسير للدراسات القرآنية.

إغلاق