ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (49) سورة: الشورى
لِّلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَخۡلُقُ مَا يَشَآءُۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثٗا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ
Göylərin və yerin mülkü Alla­ha məxsusdur. O, kişi, qadın və s. istədiyini yara­dır; kimisinə qız uşaqları verib və onu oğlan uşağından məhrum edir. Kimisinə oğlan uşaqları verib və onu qız uşağından məhrum edir. Kimisinə həm oğlan, həm də qız uşaqları bəxş edir. Kimisinə də sonsuzluq nəsib edir və onun heç bir uşağı olmaz. Həqiqətən də, Allah keçmişdə baş vermiş və gələcəkdə baş verəcək hər şeyi bilir. Bu da, Allahın elminin əhatəli və hikmətinin kamil olduğundan irəli gəlir. Heç bir şey Ondan gizli qalmaz və heç bir şey Onun istədiyinin qarşısını ala bilməz.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• وجوب المسارعة إلى امتثال أوامر الله واجتناب نواهيه.
Allahın əmrlərini yerinə yetirməyə və Onun qadağan etdiyi əməllərdən çəkinməyə tələsmək.

• مهمة الرسول البلاغ، والنتائج بيد الله.
Allah rəsulunun öhdəsinə düşən yalnız təbliğ etməkdir, nəticə isə Allahın əlindədir.

• هبة الذكور أو الإناث أو جمعهما معًا هو على مقتضى علم الله بما يصلح لعباده، ليس فيها مزية للذكور دون الإناث.
Birisinə yalnız oğlan uşaqlarının, yaxud yalnız qız uşaqlarının, yaxud da hər ikisindən verilməsi, Allahın Öz qullarına məsləhət bildiyinə görədir və oğlan uşaqlarının qız uşaqlarından heç bir üstünlüyü yoxdur.

• يوحي الله تعالى إلى أنبيائه بطرق شتى؛ لِحِكَمٍ يعلمها سبحانه.
Uca Allah yalnız Özünün bildiyi hikmətlərdən dolayı Öz elçilərinə müxtəlif yollarla vəhy edir.

 
ترجمة معاني آية: (49) سورة: الشورى
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق