ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (9) سورة: الشورى
أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
Müşriklər özlərini himayə etmək üçün özlərinə Allahdan başqa hamilər götürdülər. Hal­bu­ki, haqq hi­mayədar yalnız Allahdır. Ondan başqası nə xeyir verə bilər, nə də zərər. O, qiyamət günü haqq-hesaba çəkmək və etdikləri əməllərin əvəzini vermək üçün onları dirildəcəkdir. O, Pak və müqəddəsdir və heç bir şey Onu aciz qoya bilməz.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• عظمة الله ظاهرة في كل شيء.
Allahın əzəməti hər bir şeydə özünü biruzə verir.

• دعاء الملائكة لأهل الإيمان بالخير.
Mələklərin iman əhli üçün xeyir diləyərək dua etməsi.

• القرآن والسُنَّة مرجعان للمؤمنين في شؤونهم كلها، وبخاصة عند الاختلاف.
Quran və sünnə möminlərin bütün işlərində, xüsusilə də, ixtilafa düşdükləri məsələlərdə istinad mənbəyidir.

• الاقتصار على إنذار أهل مكة ومن حولها؛ لأنهم مقصودون بالرد عليهم لإنكارهم رسالته صلى الله عليه وسلم وهو رسول للناس كافة كما قال تعالى: ﴿وَمَآ أَرسَلنُّكَ إلَّا كافةً لِّلنَّاس...﴾، (سبأ: 28).
Məkkə əhlini və onun ətrafındakı kəndləri qorxutmaqla kifayətlənmək. Onlar Muhammədin -səllallahu aleyhi və səlləm- gətirdiyi risaləti inkar etdikləri üçün rədd cavabı da elə onlara verilmişdir. Halbuki o, bütün insanlar üçün peyğəmbər göndərilmişdir. Bu xüsusda Uca Allah buyurur: ﴾(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (möminlərə Cənnətlə) müjdə verən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik...﴿ Səba: 28.

 
ترجمة معاني آية: (9) سورة: الشورى
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق