ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (7) سورة: الجمعة
وَلَا يَتَمَنَّوۡنَهُۥٓ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّٰلِمِينَ
Onlar küfr, asilik və zülm etdiklərinə, həmçinin, Tövratı təhrif etdiklərinə və onu dəyişdirdiklərinə görə ölümü əsla diləməzlər, əksinə, dünyada əbədi olaraq yaşamaq istəyərlər. Allah zalımları tanıyır, onların əməllərindən heç bir şey Allaha gizli qalmaz. Allah onlara əməllərinin cəzasını verəcəkdir.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• عظم منة النبي صلى الله عليه وسلم على البشرية عامة وعلى العرب خصوصًا، حيث كانوا في جاهلية وضياع.
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ümumən bütün bəşəriyyətə, xüsusən də ərəblərə olan lütfünün əzəmətli olması. Çünki insanlar Peyğəmbər (səllallahu aleyhi və səlləm) göndərilməzdən öncə cəhalət və azğınlıq içində idilər.

• الهداية فضل من الله وحده، تطلب منه وتستجلب بطاعته.
Hidayət yalnız Allahın bəxş etdiyi fəzilətdir. O yalnız Allahdan istənilir və yalnız Ona itaət etməklə əldə edilir.

• تكذيب دعوى اليهود أنهم أولياء الله؛ بتحدّيهم أن يتمنوا الموت إن كانوا صادقين في دعواهم لأن الولي يشتاق لحبيبه.
Yəhudilərin Allahın dostları olduğu iddialarının yalan sayılması. Əgər həqiqətən də bu iddiaları doğrudursa, elə isə qoy özlərinə ölüm arzulasınlar. Çünki dost, sevdiyi dostla görüşmək arzusunda olar.

 
ترجمة معاني آية: (7) سورة: الجمعة
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق