ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (4) سورة: المنافقون
۞ وَإِذَا رَأَيۡتَهُمۡ تُعۡجِبُكَ أَجۡسَامُهُمۡۖ وَإِن يَقُولُواْ تَسۡمَعۡ لِقَوۡلِهِمۡۖ كَأَنَّهُمۡ خُشُبٞ مُّسَنَّدَةٞۖ يَحۡسَبُونَ كُلَّ صَيۡحَةٍ عَلَيۡهِمۡۚ هُمُ ٱلۡعَدُوُّ فَٱحۡذَرۡهُمۡۚ قَٰتَلَهُمُ ٱللَّهُۖ أَنَّىٰ يُؤۡفَكُونَ
Ey müşahidə edən kəs! Sən o münafiqlərə baxdıqda onların zahiri görünüşü və bədən quruluşu, onların gümrah və xoş gün-güzəran içində olması sənin xoşuna gəlir, habelə, danışdıqları zaman onların bəlağətli danışığına qulaq asırsan. Ey Peyğəmbər! Onlar sənin məclisində sanki divara söykədilmiş dirəklər kimidirlər, heç nə başa düşmür və heç nə qəbul etmirlər. Qorxaqlıqlarından dolayı hər bir səsin özlərinə qarşı olduğunu zənn edirlər. Onlar əsl düşməndirlər. Ey Peyğəmbər! Sən onlardan həzər et ki, sənin sirrini yaymasınlar və sənə hiylə qurmasınlar. Allah onlara lənət etsin! Allahın açıq-aydın dəlil-sübutları olduğu halda, gör imandan necə üz çevirirlər!
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• وجوب السعي إلى الجمعة بعد النداء وحرمة ما سواه من الدنيا إلا لعذر.
Azan verildikdə cümə namazına getməyin vacib və üzürlü hal istisna, olmaqla həmin vaxt dünya işlər ilə məşğul olmağın haram sayılması.

• تخصيص سورة للمنافقين فيه تنبيه على خطورتهم وخفاء أمرهم.
Münafiqlər barədə ayrıca bir surənin nazil olması onların təhlükəli olmalarını və əqidələrinin gizli olduğunu göstərir.

• العبرة بصلاح الباطن لا بجمال الظاهر ولا حسن المنطق.
İbrət zahirin gözəl və danışığın bəlağətli olmasında deyil, daxilin düzəlməsindədir.

 
ترجمة معاني آية: (4) سورة: المنافقون
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق