ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - فهرس التراجم


ترجمة معاني آية: (146) سورة: الأعراف
سَأَصۡرِفُ عَنۡ ءَايَٰتِيَ ٱلَّذِينَ يَتَكَبَّرُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَإِن يَرَوۡاْ كُلَّ ءَايَةٖ لَّا يُؤۡمِنُواْ بِهَا وَإِن يَرَوۡاْ سَبِيلَ ٱلرُّشۡدِ لَا يَتَّخِذُوهُ سَبِيلٗا وَإِن يَرَوۡاْ سَبِيلَ ٱلۡغَيِّ يَتَّخِذُوهُ سَبِيلٗاۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَذَّبُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ عَنۡهَا غَٰفِلِينَ
Haqsız olaraq haqqa və Allahın qullarına tə­kəb­bürlük göstərən kimsələri, kainatdakı, öz nəfislərindəki ayələrimi və Kitabımda olan ayələri anlamaqdan uzaq­laş­dıracağam. On­lar bütün möcüzələri gör­­sələr də, bu möcüzələrdən üz çevirdiklərinə, Allaha və Onun elçisinə düşmənçilik etdiklərinə görə bunları inanmazlar. Onlar Allahın razılığına yönəldən haqq yolu görsələr, ora yö­nəl­məz, bu yola rəğbət bəsləməz, Allahın qəzəbinə sürükləyən, zəlalət və az­ğın­lıq yolunu görsələr, o yola yönələrlər. Onlara üz verən bu müsibət, onların, peyğəmbərlərin gətirdikləri vəhyin doğru olduğuna dəlalət edən Allahın əzəmətli ayələrini yalan hesab etdiklərinə və onlara məhəl qoy­madıqlarına görədir.
التفاسير العربية:
من فوائد الآيات في هذه الصفحة:
• على العبد أن يكون من المُظْهِرين لإحسان الله وفضله عليه، فإن الشكر مقرون بالمزيد.
• İnsan Allahın ona bəxş etdiyi nemətləri və lütfü başqalarına bildirməlidir. Çünki Allaha şükür etmək nemətlərin artmasına səbəbdir.

• على العبد الأخذ بالأحسن في الأقوال والأفعال.
• İnsan söz və əməllərin daima ən yaxşısını söyləməli və ən yaxşısını etməlidir.

• يجب تلقي الشريعة بحزم وجد وعزم على الطاعة وتنفيذ ما ورد فيها من الصلاح والإصلاح ومنع الفساد والإفساد.
• İnsan şəriətə ciddi yanaşıb, ibadəti qətiyyətlə yerinə yetirməli, şəriətdə varid olan yaxşı əməllərə əməl edib və yer üzündə fitnə-fəsad yayılmasına mane olmalıdır.

• على العبد إذا أخطأ أو قصَّر في حق ربه أن يعترف بعظيم الجُرْم الذي أقدم عليه، وأنه لا ملجأ من الله في إقالة عثرته إلا إليه.
• İnsan Allaha qarşı xəta etdiyi zaman, etdiyi günahını etiraf etməlidir. Çünki günahın bağışlanması üçün Allaha qayıdışdan başqa çıxış yolu yoxdur.

 
ترجمة معاني آية: (146) سورة: الأعراف
فهرس السور رقم الصفحة
 
ترجمة معاني القرآن الكريم - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - فهرس التراجم

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

إغلاق