আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (144) ছুৰা: ছুৰা আল-বাক্বাৰাহ
قَدۡ نَرَىٰ تَقَلُّبَ وَجۡهِكَ فِي ٱلسَّمَآءِۖ فَلَنُوَلِّيَنَّكَ قِبۡلَةٗ تَرۡضَىٰهَاۚ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ
Ey Peyğəmbər! Biz sənin, vəhyin nazil olub qiblənin sənin istyədiyin tərəfə çevrilməsini gözləyərək, üzünü çevirməyi və göyə tərəf baxmağını gördük. Elə buna görə də biz indi, mütləq sənin üzünü Beytülmüqəddəsdən razı olub, sevdiyi qibləyə - Məscidülhərama tərəf döndərəcəyik. Sən üzünü Məkkədəki Məscidülhərama tərəf çevir! Ey möminlər! Siz də namaz qıldığınız zaman üzünüzü Məscidülhərama tərəf çevirin! Özlərinə kitab verilmiş yəhudi və nəsranilər qiblənin dəyişməsi, öz kitablarında sabit olduğu üçün bunu, onların Xaliqi və işlərini yoluna qoyan Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Allah heç də haqqdan üz çevirənlərin əməllərindən xəbərsiz deyildir. Əksinə, pak olan Allah, bunu yaxşı bilir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• أن الاعتراض على أحكام الله وشرعه والتغافل عن مقاصدها دليل على السَّفَه وقلَّة العقل.
• Allahın hökmlərinə və Onun şəriətinə etiraz etmək və bu hökmlərin və şəriətin məqsədlərindən qafil olma səfehliyin və ağlısızlığın əlamətidir.

• فضلُ هذه الأمة وشرفها، حيث أثنى عليها الله ووصفها بالوسطية بين سائر الأمم.
• Bu ümmətin üstünlüyü və şərəfli olması, çünki Allah, bu ümməti tərif etmiş və ümmətlər içərisində bu ümməti orta bir ümmət olaraq vəsf etmişdir.

• التحذير من متابعة أهل الكتاب في أهوائهم؛ لأنهم أعرضوا عن الحق بعد معرفته.
• Kitab əhlinin nəfsinin istəyinə tabe olub, onların ardınca getməkdən çəkindirmək, çünki onlar, haqqı bildikdən sonra ondan üz döndərdilər.

• جواز نَسْخِ الأحكام الشرعية في الإسلام زمن نزول الوحي، حيث نُسِخَ التوجه إلى بيت المقدس، وصار إلى المسجد الحرام.
• Vəhy nazil olan zaman, İslamda, şəri hökmlərin nəsx olunmasının icazəli olması, buna dəlil olaraq qiblənin Beytülmüqəddəsdən Məscidülhərama tərəf çevrilməsini misal çəkmək olar.

 
অৰ্থানুবাদ আয়াত: (144) ছুৰা: ছুৰা আল-বাক্বাৰাহ
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - অনুবাদসমূহৰ সূচীপত্ৰ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

বন্ধ