আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم * - অনুবাদসমূহৰ সূচীপত্ৰ


অৰ্থানুবাদ আয়াত: (40) ছুৰা: ছুৰা ত্বা-হা
إِذۡ تَمۡشِيٓ أُخۡتُكَ فَتَقُولُ هَلۡ أَدُلُّكُمۡ عَلَىٰ مَن يَكۡفُلُهُۥۖ فَرَجَعۡنَٰكَ إِلَىٰٓ أُمِّكَ كَيۡ تَقَرَّ عَيۡنُهَا وَلَا تَحۡزَنَۚ وَقَتَلۡتَ نَفۡسٗا فَنَجَّيۡنَٰكَ مِنَ ٱلۡغَمِّ وَفَتَنَّٰكَ فُتُونٗاۚ فَلَبِثۡتَ سِنِينَ فِيٓ أَهۡلِ مَدۡيَنَ ثُمَّ جِئۡتَ عَلَىٰ قَدَرٖ يَٰمُوسَىٰ
O zaman bacın sandığın arxasınca düşüb onun hara getdiyini təqib edirdi. Həhayət sandığ sahilə yetişib, Firon cammatı onu çaydan götürdükdə, bacın onlara belə dedi: "Sizə onun qay­ğı­sına qa­lacaq, onu lazımınca qoruyacaq və əmizdirəcək bi­risini göstə­rim­mi?" Beləliklə, sənin anana qayıtmağından dolayı onun sevinməsi və sənə görə qəm-qüssə çəkməsin deyə, sə­nin yenidən anana qayıtmağı bəxş etdik. Həmçinin, sən boya-başa çatdıqda bir qibtini yumruqla öldürdüyündən sonra sənə bunun cəzasından qurtarmağı bəxş etdik. Biz səni, başına gələn bütün çətinliklərdən, sınaqlardan qurtardıq. Misiri tərk edib il­lərlə Məd­yən əhli içində qal­dın. Sonra da ey Musa! Sənin üçün müəy­yən olun­muş vaxt gəlib çatdıqda, Rəbbinin səninlə danışması üçün vadiyə gəldin.
আৰবী তাফছীৰসমূহ:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• كمال اعتناء الله بكليمه موسى عليه السلام والأنبياء والرسل، ولورثتهم نصيب من هذا الاعتناء على حسب أحوالهم مع الله.
• Uca Allah, Musa - aleyhissalam - və digər peyğəmbər və rəsullarla danışaraq onlara qayğı göstərmişdir. Peyğəmbərlərin və rəsulların varislərinin də Allaha olan imanlarına görə Allah qayğısından payları vardır.

• من الهداية العامة للمخلوقات أن تجد كل مخلوق يسعى لما خلق له من المنافع، وفي دفع المضار عن نفسه.
• Məxluqata bəxş edilən ümumi hidayətdən biri də, hər bir canlının özünə fayda verən şeyləri əldə etmək, ona zərər verən şeyləri isə özündən dəf etmək üçün səy göstərməsidir.

• بيان فضيلة الأمر بالمعروف والنهي عن المنكر، وأن ذلك يكون باللين من القول لمن معه القوة، وضُمِنَت له العصمة.
• Yuxarıdakı ayələrdə yaxşılığı əmr etməyin və pislikdən çəkindirməyin fəziləti bəyan edilmişdir. Bu da, güc-qüvvətli olan kimsələrə yumşaq tərzdə əmr və ya inkar edilməlidir ki, dəvət edən, ona hər hansı bir zərər yetirilməsindən əmin olsun.

• الله هو المختص بعلم الغيب في الماضي والحاضر والمستقبل.
• Keçmiş, indiki və gələcək ilə bağlı qeybi məsələləri bilmək yalnız uca Allaha məxsusdur.

 
অৰ্থানুবাদ আয়াত: (40) ছুৰা: ছুৰা ত্বা-হা
ছুৰাৰ তালিকা পৃষ্ঠা নং
 
আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم - অনুবাদসমূহৰ সূচীপত্ৰ

الترجمة الأذرية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

বন্ধ